Azərbaycan prezidentinin ətrafında dinamik, milli düşüncəli bir gənclik formalaşıb
Cənubi Qafqazda ictimai-siyasi və iqtisadi sabitliyə malik ölkə kimi tanınan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar bəzi beynəlxalq təşkilat və qurumları, xüsusilə də erməni lobbisinin maliyyəsi ilə işləyən bir sıra Avropa təsisatları, institutlarını narahat edir. Məhz bu narahatçılıqdan dolayı müntəzəm olaraq ölkəmizə qarşı Qərbdən, Avropadan çirkin, qərəzli kampaniyalar həyata keçirilir və düşünülür ki, bununla Azərbaycan dövləti və onun hakimiyyətinə hansısa zərbə vuracaq, onun beynəlxalq imicinə, nüfuzuna xələl gətirəcəklər. Artıq on illərdir ki, bizlər bu kimi qarayaxma kampaniyaların əyani şahidinə çevrilmişik. Günümüzdə də qeyd etdiyimiz mənfi tendensiya davam edir və bu dəfə daha böyük antiAzərbaycan şəbəkə Bakıya qarşı mütəşəkkil şəkildə mübarizəyə başlayıb.
24 Oktyabr 2017 14:05 SosialMəhz bu gənclik ölkəmizə qarşı olan haqsız hücumları dəf etmək iqtidarındadır
Cənubi Qafqazda ictimai-siyasi və iqtisadi sabitliyə malik ölkə kimi tanınan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar bəzi beynəlxalq təşkilat və qurumları, xüsusilə də erməni lobbisinin maliyyəsi ilə işləyən bir sıra Avropa təsisatları, institutlarını narahat edir. Məhz bu narahatçılıqdan dolayı müntəzəm olaraq ölkəmizə qarşı Qərbdən, Avropadan çirkin, qərəzli kampaniyalar həyata keçirilir və düşünülür ki, bununla Azərbaycan dövləti və onun hakimiyyətinə hansısa zərbə vuracaq, onun beynəlxalq imicinə, nüfuzuna xələl gətirəcəklər. Artıq on illərdir ki, bizlər bu kimi qarayaxma kampaniyaların əyani şahidinə çevrilmişik. Günümüzdə də qeyd etdiyimiz mənfi tendensiya davam edir və bu dəfə daha böyük antiAzərbaycan şəbəkə Bakıya qarşı mütəşəkkil şəkildə mübarizəyə başlayıb.
Yenə də əsas hədəf kimi Azərbaycan hökuməti və onun xalq tərəfindən dəstəklənən iqtidarıdır. Avropada, Qərbdə aparılan bu çirkin kampaniya haqlı olaraq cəmiyyətdə ciddi etirazla qarşılanıb. İsrail-Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubu Azərbaycana qarşı müntəzəm olaraq həyata keçirilən çirkin kampaniyaya etiraz edib. Klubun vitse-Prezident Samir Zeynalov tərəfindən yayılan bəyanatda qeyd edilir ki, ölkəmiz məhz ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş siyasi strategiyası sayəsində özünün transmmili nüfuzuna sahiblənib. Azərbaycan xalqının təmsilçisi və xalqın mill iradəsinin legitim rəmzi olan Cənab İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin, sabitliliyinin , inkişafının və təhlükəsizliyinin əvəzolunmaz təminatçısıdır və heç şübhəsiz bunu Qərbi Avropanın siyasi düşərgəsi çox yaxşı bilir. Lakin dünyada uzun müddətdir hökm sürən lokal xaos tendesiyasının Azərbaycana sirayət etməməsi təbiidir ki, onlar kimi qərəzli, absurd təfəkkürlü, ədalətsiz düşüncə sahiblərinin Azərbaycana, onun rəhbərliyinə qarşı iyrənc kampaniyalar aparmağa sövq edir: "Maraqlıdır ki, Azərbaycana qarşı yürüdülən bu mənasız və absurd qayəli təbliğatla bərabər Azərbaycana qarşı uzun illərdir təcavüz və işğalçılıq siyasəti həyata keçirməkdən usanmayan, beynəlxalq hüquqi aktların icrasınından boyun qaçıran Ermənistan hərbi rejiminə qarşı regionda və dünyada təhlükəsizliyin təmini baxımından təşviqat səviyyəsində belə, işlər görülmür. Bəzi Avropa təsisatları, təşkilatlarının müstəqil siyasət yürütdüyünə, siyasi iradə nümayiş etdirdiyinə görə sevmədiyi prezident İlham Əliyev siyasi xarizması, şəxsi keyfiyyətləri, xalqına olan bağlılığı və ən əsası multikultural həyat səviyyəsini təmin etmək məharəti baxımından dünyanın bütün dövlət başçılarına, bir nümunədir". Samir Zeynalov deyib ki, son prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi ölkə əhalisinin ortaya qoyduğu milli iradənin ehtivası idi: "Bunu seçkilər ərəfəsində xüsusilə Qərbi Avropadan təşrif buyurmuş təşkilatların həyata keçirdiyi EXİT-POLL-un İlham Əliyevin lehinə olan nəticələri də sübuta yetirdi. Belə olan halda sizləri bu iyrənc kampaniyanı həyata keçirməyə sövq edən hərəkətlər heç şübhəsiz qərəzə, yalana, dövlətlər arası gərginliyə səbəb olan biləcək təəssüfləndirici xaos nəzəriyyəsinə əsaslanır. Biz diqqətinizə çatdırırıq ki, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında uğur qazanan müstəqil gənc dövlətdir. Qısa müddət ərzində demokratik inkişaf yoluna sadiq qalaraq cəmiyyət üzvlərimizin aydınlanması, sabitliyi, təhlükəsizliyi və konstitusyon hüquqi azadlıqları istiqamətində mütərəqqi işlər görmüş Azərbaycan dövlətinin və dövlət başçısının nüfuzunu ləkələməyə yönəlmiş bu kimi təhdidlərin bir ilk olmadığı gizlin deyil. Bundan əvvəl də eyni tipli təbliğatlar Avropa oyunları ərəfəsində də meydana çıxaraq gülünc doğurmuş, nəticədə qərb siyasi qərəz mərkəzləri adına. effektivsizliklə yadda qalan biabırçı mənzərə formalaşmışdı, Tərəddüd etmədən həyata keçirdiyiniz bu əməli fəaliyyət də heç şübhəsiz sizlər adına biabırçı mənzərini ərsəyə gətirəcək və hətta deyərdim ki, bu haqlı olaraq işığın qaranlıq üzərində qələbəsi metaforası ilə artıq gerçəkləşib. Bununla da nəzərinizə çatdırmaq istəyirik ki, yol verdiyiniz məntiqsiz və cılız təbliğat hərəkətləri tərəfimizdən heç vaxt cavabsız qalmayacaq və biz sizlərə təklif edirik ki, dünyada sülhün və yaşam nizamının bərqərar olması naminə yanlış fikir və əməli mövqeyinizdən vaz keçəsiniz. Onu da diqqətinizə çatdırım ki, daima irqçilik kampaniyalarının tüğyan etdiyi Qərbi Avropa ölkələri mövcud olan yüksək mənəvi rifahlı multikultural yaşam abu-havası ilə ölkəmizlə müqayisə tərəzisinə qoyula bilməz. Azərbaycan multikulturalizim və tolerantlıq sahəsində özünün hər bir vətəndaşının konstitusion hüquq və azadlıqlarına təminat verməklə müxtəlif irqlərə və millətlərə məxsus insanların onun ərazisində dinc yaşamasını təmin edib. Buna görə də qərəzli və gülünc doğuran mövqeyinizdən geri çəkilməkdə az da olsa mövcud transmilli nüfuzunuz adına fayda var və unutmayın ki, bu gün Azərbaycan prezidentinin ətrafında dinamik, milli düşüncəli və mühafizəkar bir gənclik formalaşıb".
Məhəmməd