Çexiya Azərbaycanla əlaqələrini genişləndirmək niyyətindədir

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov qeyd edib ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək. Vitse-spiker bildirib ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov qeyd edib ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək. Vitse-spiker bildirib ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.
Görüşdə nümayəndə heyətinin başçısı Yirji Şestak Azərbaycana səfərdən məmnunluqlarını bildirib. Mövcud əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək və genişləndirmək niyyətində olduqlarını deyib. Çexiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair dövlət başçılarının imzaladığı sənədi yada salıb. Siyasi əlaqələrlə yanaşı iqtisadi sahədə əməkdaşlığın da inkişafını istədiklərini bildirib. Görüşdə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Ziyad Səmədzadə, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Sədaqət Vəliyeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva və Kamran Nəbizadə iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31