Sosial
“Regionlarda vətəndaş cəmiyyətinin inkişafı” adlı dəyirmi masa keçirilib
Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı”adlı dəyirmi masa keçirib.
Elçin Babayev: "Yerdə baş verən geomaqnit qasırğası güclü qasırğalardan deyil"
Yerdə baş verən geomaqnit qasırğası mütəmadi təkrarlanan orta səviyyəli qasırğalardan biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, birigün qasırğa yenidən əvvəlki vəziyyətinə qayıdacaq.
Gömrük rəisi siqaretlərin və alkoqollu içkilərin qiymətinin artması haqqında
Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq. Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: “Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.
Naxçıvan MR-nın büdcəsi 2 milyard manatdan çox olacaq
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 2018-ci il üzrə büdcəsi müəyyənləşib. Məlumata görə, bu, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən 2018-ci ildə muxtar respublikanın büdcəsi 2 81 900 000 manat həcmində olacaq. Büdcə zərfi Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəsinə başlanacaq.
Məhbusların qaçmasına görə Penitensiar Xidmətin 11 əməkdaşı işdən qovuldu - SİYAHI
Vitse-spiker: “Risk yoxdur...”
Oktyabrın 25-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, MM sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki məsələ barədə məlumat verib.
Sumqayıtda yaşayış binasında yanğın olub
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 kv.m sahədə məişət tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədidə təcrübə keçməyə başlayıb
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. “OLAYLAR”-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə keçən rüb yazılmış “Müşahidə kartları”nın nəticələri əsas müzakirə mövzusu olub. Bundan başqa, son beş ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə də danışılıb.
Ekoloji problemlərə həsr olunmuş sərgi keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 21-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçirililəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir. Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İştirakçılara Nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcək. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.
Telekanal dini radikalizmi təbliğ edir?
"İnter.az" televiziyası ağlaşma qurub yenə. Bu telekanala da deyəsən pulu qonşu ölkədən buraxırlar. Əməlli-başlı bu kanal İranın təbliğat ruporuna çeviriblər. Militan uşaqlar başlarına sarıq bağlayıb sinə döyürlər, qonşu ölkənin ideoloji klipləri fars əlfbası ilə yayımlanır.
Elə genetik xəstəlik var ki, 40 yaşında üzə çıxır"
Fəsadlı mamalıq anamnezi olan qadınların əksəriyyətində buna səbəb trombofiliyanın irsi mutasiyalarıdır. Bu səbəbdən uşaqlar ya vaxtından əvvəl, ya ölü və ya qüsurlu dünyaya gəlirlər. Yaxşı haldır ki, Azərbaycanda müayinə üçün laboratoriya var. Mutassiyalar aşkar olunduqda və düzgün korreksiya verdikdə nəticə müsbət olur.
Elşad Qarayevdən gəlininə cavab: əlimdə elə faktlar varkı...
Estetik əməliyyatda cərrah səhvi
Hazırda estetik-plastik əməliyyatlar ən geniş yayılmış cərrahiyə əməliyyatlarından hesab olunur. Öz görünüşlərini bəyənməyən insanlar problemin həlli yolunu cərrahlara üz tutmaqda görürlər. Hətta xarici görünüşlərini dəyişmək üçün davamlı əməliyyatlar aparılmasını istəyirlər. Bunun müqabilində külli miqdarda vəsait ödəməkdən belə çəkinmirlər. Çox təəssüf ki, bəzi hallarda daha eybəcər vəziyyətə düşürlər.
Maqnit qasırğaları nədən yaranır və ölüm gətirirmi?..
Son bir neçə aydır, mütəmadi olaraq geomaqnit qasırğasının baş verməsi haqqında məlumatlar oxuyuruq. Məsələn, dünəndən başlayan və bir neçə gün davam etməsi gözlənilən maqnit fırtınaları buna nümunədir.














