Gömrük rəisi siqaretlərin və alkoqollu içkilərin qiymətinin artması haqqında
Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq. Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: “Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.
25 Oktyabr 2017 15:57 SosialAzərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq. Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: "Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq".
Qeyd edək ki, aksiz vergisinin artırılması 2018-ci il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində nəzərdə tutulur.
DGK rəisi onu da bildirib ki, bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır. Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq: "Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq".
Komitə sədri DGK xətti ilə toplanan cari daxilolmaların məbləğini də açıqlayıb: "Bu gün səhərə olan məlumata görə, komitə tərəfindən 2,130 mlrd. manat vəsait toplanaraq büdcəyə köçürülüb. Gələn ilə nikbin baxırıq". Virtualaz.org