Ekoloji problemlərə həsr olunmuş sərgi keçiriləcək
Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 21-də “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi keçirililəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir. Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İştirakçılara Nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcək. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.
25 Oktyabr 2017 15:17 SosialGənclər və İdman Nazirliyi tərəfindən noyabrın 21-də "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" mövzusunda sərgi keçirililəcək. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu sahədə maarifləndirilmələri, yaradıcılıq potensiallarının dəstəklənmələri və sosial təşəbbüskarlığın stimullaşdırması sərginin əsas məqsədlərindəndir. Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İştirakçılara Nazirlik tərəfindən hədiyyə və diplomlar təqdim ediləcək. Sərgi çərçivəsində eyni zamanda gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlərinin nümayişi, rəngkarlıq və xalçaçılıq sənətləri üzrə ustad dərslərinin keçirilməsi və digər faəliyyət növlərinin nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə keçirilir.