“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədidə təcrübə keçməyə başlayıb
Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. “OLAYLAR”-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
25 Oktyabr 2017 15:25 SosialBinəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı"nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. "OLAYLAR"-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, görüşdən öncə könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.
Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıblar