Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə keçən rüb yazılmış “Müşahidə kartları”nın nəticələri əsas müzakirə mövzusu olub. Bundan başqa, son beş ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə də danışılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə keçən rüb yazılmış "Müşahidə kartları"nın nəticələri əsas müzakirə mövzusu olub. Bundan başqa, son beş ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə də danışılıb. Bununla yanaşı, dünya gəmiçilik şirkətlərində baş verənlər də nəzərdən keçirilib. Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli bildirib ki, Gəmiçilikdə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır. Departament rəisi ötən rüb "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan monitorinqlər əsasında qeydə alınan "Müşahidə kartları" haqqında  da danışıb.  Qeyd edib ki,  müəssisədə rast gəlinən uyğunsuzluqlar analiz olunub və həlli istiqamətində xüsusi tapşırıqlar verilib. Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, təlimlərin hesabına  son dörd ildə belə hadisələrin sayında azalmaların qeydə alındığını vurğulayıb.  Tədbirdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Vaqif  Bağırova  səmərəli əmək fəaliyyətinə görə Gəmiçiliyin "Fəxri Fərman"ı təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31