Sosial
Restoranlar bəstəkarlara pul ödəməlidir – qaydalara əməl olunacaqmı?..
Nazirlər Kabineti müəllif qonorarının minimum miqdarı haqqında qaydalara dəyişiklik edilib. Belə ki, şadlıq evləri, kafe - restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.
Bankomatlardan pul oğurlanmasının qarşısını necə almaq olar?
Son illər cəmiyyətdə müxtəlif yönlü cinayətkarlıq hallarının artdığı kimi mənfi tendensiya müahidə edilir. Bu cinayətlərin bəziləri ağır, bəziləri isə yüngül ailə-məişət xarakterli, yaxud soyğunçuluq məqsədilə törədilən cinayətlər olur. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, elm və texnika, texnologiyalar inkişaf etdikcə, sanki cinayət növləri də yeni texnologiyalara uyğunlaşır. Son illərdə soyğunçuluq məqsədilə həyata keçirilən cinayətlər sırasında bankomatlardan cinayət yolu ilə pul əldə etmə kimi mənfi hallar da müşahidə edilir.
Əmək Nazirliyində görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyası ilə görüş olub. Missiyanın məqsədi iqtisadi və sosial rifahın monitorinqi, sonuncu iqtisadi dəyişikliklərin rifaha təsirlərinin paylanması ilə bağlı təhlilin aparılması, ev təsərrüfatlarının iqtisadi şoklardan müdafiəsi məqsədilə siyasətin hazırlanması prosesinin məlumatlandırılması sahəsində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın müzakirəsidir.
Sükan arxasında danışan sürücülərin cərimələnməsi barədə məlumatlara aydınlıq gətirildi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin sükan arxasında olarkən sərnişinləri ilə danışmalarına görə məsuliyyətə cəlb olunmaları ilə bağlı məsələyə aydınlıq gətirib. “Olaylar” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə əsassız müzakirələr aparılır, həqiqətə uyğun olmayan, guya qanunvericilikdə bununla bağlı dəyişikliklər olması haqda yanlış informasiyalar yayılmaqla yol hərəkəti iştirakçıları arasında bilərəkdən çaşqınlıq yaradılır.
Ərindən xəstə arvadına qarşı AĞLASIĞMAZ ƏMƏL - Balakəndəki dəhşətin ŞOK TƏFƏRRÜATI
Arvadına işgəncə verməkdə və qətlə yetirməkdə təqsirli bilinən Balakən rayon sakini, 1970-ci il təvəllüdlü Zeynal Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Zeynal Çobanov alkoqoldan istifadə etmə nəticəsində yaranmış alkoqolizm xəstəliyindən əzab çəkməklə mütəmadi olaraq spirtli içkilər qəbul edib.
Oqtay Əsədov: “Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin sədri Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, O.Əsədov bildirib ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda söz və mətbuat azadlığı, insan hüquqları ön cərgədədir. Azərbaycan özünün tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyada tanınmışdır. Avropanın və İslam ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən də məhz ölkəmizin paytaxtı Bakı olmuşdur.
Telekanallarda filmlərin nümayişinə görə yaradıcı heyətə qonorarın verilməsi qaydası açıqlanıb
Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, audiovizual əsərlərin efir yayımı televiziyası və kabel televiziyası ilə (o cümlədən, retranslyasiya üsulu ilə) yayımlanmasına görə bu əsərlərin yaradıcı heyətinə qonorar ödəniləcək.
Büdcənin müzakirə vaxtı bəlli oldu
Azərbaycanın 2018-ci il üzrə büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix müəyyənləşib. Məlumata görə, büdcə zərfi noyabrın 21, 22 və 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Büdcə zərfi layihəsinin noyabrın 10-a qədər isə komitələrin birgə iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
Millət vəkili şəxsi kitabxanasından tələbələrə kitab hədiyyə etdi
Azərbaycan Dillər Universitetində universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində dəvət olunan Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə magistr təhsili alan tələbələrinə mühazirə oxuyub.
Boşanan müğənnimizin keçmiş xanımından şok sözlər: "Atanla anan..."
XƏBƏRDARLIQ: Güclü külək olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Çudo Peçka”nın təsisçisi Çingiz Cəlilov apellyasiya şikayətini geri götürüb
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini geri götürüb. Ç. Cəlilov müəyyən səbəblərdən hələ ki, şikayətdən imtina etdiyini deyib.
Yetirmişli: "Zəlzələlərin qarşısını almaq mümkün deyil"
"Azərbaycanda sonuncu dəfə ən güclü zəlzələ ötən əsrin sonlarında - 1902-ci ilin fevral ayında Şamaxıda baş verib". Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
AST Telmanın daha bir məkanı satışa çıxarıldı
Türkiyədə yerləşən “Mardan Palace Antalyaspor Stadionu” satışa çıxarılıb. Stadion tabe olduğu şəbəkənin borcları səbəbilə satılacaq. Bir zamanlar “Antalyaspor” futbol klubunun ev oyunlarını keçirdiyi stadionla birlikdə yanında yerləşən otel bloku da başlanğıc qiyməti 51 milyon türk lirəsi ilə auksiona çıxarılacaq.
Buraxılış və yekun qiymətləndirmənin təqvim planı təsdiqləndi
2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar yeni təqvim planı təsdiq edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.














