Oqtay Əsədov: “Bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin sədri Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, O.Əsədov bildirib ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda söz və mətbuat azadlığı, insan hüquqları ön cərgədədir. Azərbaycan özünün tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyada tanınmışdır. Avropanın və İslam ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən də məhz ölkəmizin paytaxtı Bakı olmuşdur.
25 Oktyabr 2017 13:13 SosialMilli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin sədri Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" xəbər verir ki, O.Əsədov bildirib ki, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda söz və mətbuat azadlığı, insan hüquqları ön cərgədədir. Azərbaycan özünün tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyada tanınmışdır. Avropanın və İslam ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirən də məhz ölkəmizin paytaxtı Bakı olmuşdur. Heç də təsadüfi deyildir ki, Bakı sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkana çevrilmişdir. Təəccüblü deyildir ki, Azərbaycanın bu təşəbbüsü BMT tərəfindən "Bakı prosesi" kimi adlandırılmışdır. Bildirildi ki, Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi vardır. 2015-ci ildə ilk Avropa oyunlarına ev sahibliyi edən Bakıda İslam Həmrəyliyi Oyunları da müvəffəqiyyətlə keçirildi. Bu gün biz "EKSPO-25" sərgisinin Bakıda keçirilməsində iddialıyıq. Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr problemin regionun inkişafına göstərdiyi mənfi təsirlərdən, bu münaqişənin acı nəticələrindən söz açıb. Qeyd edib ki, bu gün işğalçı Ermənistandan başqa bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq". Səmimi qəbul üçün minnətdarlığını bildirən Pan-Afrika Parlamentinin Sədri Rocer Nkodo Danq "Azərbaycanda olan tolerantlığı dünyanın heç bir ölkəsində tapa bilmərik" deyərək ölkəmizdə demokratiyanın tarixən zəngin ənənələri olduğunu vurğulayıb.