Millət vəkili şəxsi kitabxanasından tələbələrə kitab hədiyyə etdi

Azərbaycan Dillər Universitetində  universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masaya qonaq qismində dəvət olunan Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə magistr təhsili alan tələbələrinə mühazirə oxuyub.

ADU-nun Magistratura şöbəsinin müdiri Bənövşə Məmmədova A.Mirzəzadəni salamlayaraq tələbələrin dəvətini qəbul etdiyinə görə millət vəkilinə təşəkkür edib.

A.Mirzəzadə dəyirmi masada "BMT və qlobal sülh problemləri" mövzusunda çıxış edib. İnteraktiv formada təşkil edilən görüşdə millət vəkili tələbələrin sualları əsasında mövzu ilə bağlı fikirlərini bölüşüb.

Həmçinin Aydın Mirzəzadə şəxsi kitabxanasından və müəllifi olduğu kitablardan bəzilərini tələbələrə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31