“Regionlarda vətəndaş cəmiyyətinin inkişafı” adlı dəyirmi masa keçirilib

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində “Regionlarda vətəndaş cəmiyyətinin inkişafı”adlı dəyirmi masa keçirib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi" layihəsi çərçivəsində 25 oktyabr 2017-ci il tarixində Sumqayıtın Tarixi Muzeyində "Regionlarda vətəndaş cəmiyyətinin inkişafı"adlı dəyirmi masa keçirib. Forumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov tədbir iştirakçılarını salamlayaraq "Regionlarda vətəndaş cəmiyyətinin inkişafı" mövzusunda fikir bildirmiş və layihənin əhəmiyyəti barədə danışıb. Daha sonra forumun prezidenti Rauf Zeyni iştirakçılara vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışıb. Rauf Zeyni bildirib ki, Sumqayıtın və digər rayonların sosial- iqtisadi layihələr çərçivəsində inkişafı çox qürurverici bir hadisədir. Regionların inkişafı ilə yanaşı vətəndaş cəmiyyyətinin də inkişafı ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Tədbirin sonunda mövzu ətrafında maraqlı müzakirələr aparılıb, müəllim və QHT nümayəndələri öz fikirlərini bildirmiş, mövzu ətrafında suallar cavablandırılıb və MQF ilə geniş əməkdaşlıq təklif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31