Sosial

Ədliyyə Nazirliyi və Baş Prokurorluq məhbusların qaçması ilə bağlı birgə məlumat yayıb

25 Oktyabr 2017 18:06

Ədliyyə Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda deyilir ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişiklik yenidən MM-in gündəliyində

25 Oktyabr 2017 18:02

Milli Məclisin noyabrın 31-də keçiriləcək iclasının gündəliyinə 3 məsələ əlavə olunub. Bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir. Hər üç sənədə təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir. Bununla da, iclasın gündəliyindəki məsələlərin sayı 38-ə çatıb.

9 ay ərzində 5052 əcnəbi ölkə hüdudlarından kənara çıxarılıb

25 Oktyabr 2017 17:33

2017-ci ilin doqquz ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

Ölkəmiz İslam həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atır

25 Oktyabr 2017 17:31

“Azərbaycan İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi böyük önəm verir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Heydər Əliyevin fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunmasında xidmətləri

25 Oktyabr 2017 17:30

Azərbaycan bu gün bütün parametrlər üzrə özünün inkişaf dövrünü yaşayır.  İstər siyasi, istər iqtisadi, istərsə də sosial, mədəni və humanitar sahələrdə bu inkişaf tempi özünü göstərir. Bir məqamı qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu uğurlara tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra nail olub.  Daha doğrusu müstəqillik əldə etdikdən bir neçə il sonra, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində.

Şəhid atası: "Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim?" - VİDEO

25 Oktyabr 2017 17:28

İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.

Gürcüstan vətəndaşlarının Avropa İttifaqına səfər qaydaları sərtləşdirilir

25 Oktyabr 2017 17:13

“Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səfər etməsi üçün ilkin avtorizasiyadan keçməlidir”. Bunu jurnalistlərə ölkə xarici işlər nazirinin müavini Vaxtanq Maxarobluişvili deyib. Onun sözlərinə görə, Avropa parlamentinin vətəndaşların azadlığı, məhkəmə və daxili iş məsələləri üzrə komitəsi bu təşəbbüsü dəsətəkləyir.

Nazirlik “Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib

25 Oktyabr 2017 17:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub. Qeyd edək ki, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.

Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Venesiyada Azərbaycan pavilyonunu ziyarət ediblər

25 Oktyabr 2017 16:27

Azərbaycann Dostları Assosiasiyasının İdarə Heyəti, eləcə də üzvləri Jan-Fransua Manselin rəhbərliyi və YUNESKO-nun sülhməramlı incəsənət xadimi, rəssam Hedva Serin iştirakı ilə 57-ci Venesiya Biennalesini ziyarət ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qonaqlara Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonu barədə məlumat verilib. Bildirilib ki, ölkəmiz bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb. Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir.

AzTU-da aprel şəhidinin xatirə günü qeyd edilib

25 Oktyabr 2017 16:27

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, şəhidin təhsil aldığı AzTU-nun Elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələri, Əbdülməcid Axundovun yaxınları, həmçinin jurnalistlər, Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov Şəhid haqqında məlumat verib, onun universitetdə oxuduğu müddətdə ictimai fəallığından danışıb.

Penitensiar Xidmətin əməkdaşları məhbusların qaçmasına görə özlərini təqsirli biliblər

25 Oktyabr 2017 16:25

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov elan olunmuş ittihama münasibət bildiriblər.

Azərbaycanda xüsusi təhsil kompleksləri yaradılacaq

25 Oktyabr 2017 16:20

Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssis hazırlayan təhsil komplekslərinin yaradılması nəzərdə tutulur. Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində nəzərdə tutulur.

"DİN-in əməkdaşı səhvə yol verirsə, cəzalandırılır" - Vaqif Əsədov

25 Oktyabr 2017 16:18

Son günlər sosial şəbəkələrdə və mediada maşını idarə edən zaman söhbət edən sürücünün və onu söhbətə tutan sərnişinlərin cərimələnməsi ilə bağlı rezonans doğuran məlumatlar yayılır. Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədovun bu halla bağlı qanunun tələbini səsləndirməsinin ardından Respublika DYP-nin sözçüsü, polkovnik Kamran Əliyev dünən dövlət televiziyasında bu informasiyanı təkzib edib. İctimaiyyətdə bir dövlət orqanının iki qurumunun mətbuat katiblərinin fərqli açıqlamaları suala və yeni müzakirələrə səbəb olub.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

25 Oktyabr 2017 16:12

Oktyabrın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR” -a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.