9 ay ərzində 5052 əcnəbi ölkə hüdudlarından kənara çıxarılıb

2017-ci ilin doqquz ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib.

2017-ci ilin doqquz ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər  şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 17076 qərar qəbul edilib. "OLAYLAR"-ın Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə Xidmətin Sumqayıtda keçirilən "Açıq qapı" günü tədbirində verilib. Bildirilib ki, onlardan 1930-u ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə, 9122-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə, 5052-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə, 785-i Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə, 187-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub: "Ümumiyyətlə, 2017-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 66 min 828 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. 2017-ci ilin 9 ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 633 min 827 əcnəbi və vətəndaşlığı olmayan şəxsin  müraciəti qeydə alınıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31