AzTU-da aprel şəhidinin xatirə günü qeyd edilib

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, şəhidin təhsil aldığı AzTU-nun Elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələri, Əbdülməcid Axundovun yaxınları, həmçinin jurnalistlər, Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov Şəhid haqqında məlumat verib, onun universitetdə oxuduğu müddətdə ictimai fəallığından danışıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, şəhidin təhsil aldığı AzTU-nun Elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələri, Əbdülməcid Axundovun yaxınları, həmçinin jurnalistlər, Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov Şəhid haqqında məlumat verib, onun universitetdə oxuduğu müddətdə ictimai fəallığından danışıb. Fakültə dekanı bildirib ki, Əbdülməcid Axundov vətənpərvər bir tələbə kimi yadda qalıb. Aprel döyüşlərində AzTU-nun 4 məzununun şəhid olduğunu xatırladan M. Bəşirov onların öz qəhrəmanlıqları ilə geridə qalanlara nümunə olduqlarını deyib. Tədbirdə Şəhid haqqında çəkilən "Ölsəm yaşat" filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra, Elektrotexnika və energetika fakültəsinin savadlı və ictimai-fəal tələbəsi Murad Rzayevə "Gənc Mühəndislər Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin təsis etdiyi plaket və mükafat təqdim olunub. GMC İctimai Birliyin sədri Elvin Səfərli bildirib ki, şəhid Əbdülməcid Axundovun əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü ərəfəsində bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə veriləcək.Sonda Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək bildirib ki, oğlunun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, bir o qədər də qürurvericidir. O, qeyd edib ki, Əbdülməcidin şəhidliyi ona minlərlə oğul qazandırıb. Ətrafındakıların ona Ana deyərək müraciət etdiyinə diqqət çəkən Ceyran Axundova Əbdülməcidin əbəs yerə şəhid olmadığını, bu Vətənin bütövlüyünün, azadlığının hər şeydən önəmli olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31