Ölkəmiz İslam həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atır

“Azərbaycan İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi böyük önəm verir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

"Azərbaycan İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi böyük önəm verir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. O, bildirib ki, ölkəmiz İslam həmrəyliyin gücləndirilməsi istiqamətində əməli addımlar atır: "Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması da bu məqsədə xidmət edir. Təəssüf ki, bu gün bir sıra müsəlman ölkələrində qanlı toqquşmalar baş verir. Dini radikalizmin o ölkələrdə yayılması həmin ölkələrin xalqlarını ağır sınaqlar qarşısında qoyur. Belə vəziyyətdən  yalnız birgə səylərlə xilas olmaq mümkündür. İmkan verilməməlidir ki, müəyyən maraqlı dairələr sülh dini olan İslamı terrorla əlaqələndirsinlər. Ona görə də, islam həmrəyliyinin təmin olunması  çox vacibdir"- deyə, akademik vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31