Sosial

Yas məclislərinin təşkili ilə bağlı ciddi addımlar atılmalıdır

24 Noyabr 2017 16:48

“İnhisar halını almış yas məclislərinin təşkili, formatı, ehsan məsələləri, molla və.s barədə çox ciddi addımlar atılmalıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib.

Qan köçürülərkən hepatitə yoluxan 16 yaşlı gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir

24 Noyabr 2017 16:42

2001-ci il təvəllüdlü, Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən Xəzər sanatoriyasında müvəqqəti məskunlaşmış məcburi köçkün Əlili Tacir Habil oğlu bir neçə ildir ki, leykoz xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən etibarən isə xəstədə Hepatit C aşkarlanıb. 

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: ölən və yaralananlar var

24 Noyabr 2017 16:28

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.    "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.  Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır. Faktla bağlı araşdırma aparılır. 

Müəssisə və təşkilatda siqaret çəkməyə görə qurumun rəhbəri məsuliyyət daşıyacaq

24 Noyabr 2017 16:24

Azərbaycanda hər hansı bir müəssisə və təşkilatda siqaret çəkməyə görə həmin müəssisə və ya təşkilatın rəhbəri məsuliyyət daşıyacaq. Bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb. 

“Kod adı “Rey”” təqdim olundu

24 Noyabr 2017 16:20

Noyabrın 24 – də “Azərkitab”da Rey Kərimoğlunun “Kod adı “Rey”” kitabı  “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim olundu. Təqdimatda tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib. Kitabda ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun əsasən 1991 -1992 –ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəkilində yer alıb. “Kəşfiyyatçının xatirələri” adı ilə təqdim olunan yazılar Lent.az saytında davamlı yayımlanıb. “Kod adı “Rey” kitabə Lent.az – ın kitabxanası layihəsi çərçivəsində dərc olunan növbəti kitabdı. Kitabda yer alan xatirələrin redaktor Səhər Əhməddi. Kitab müəllifin ilk kitabıdır.

MEK – də 2387 sayda türkdilli mənbələr mühafizə olunur

24 Noyabr 2017 16:17

AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk ölkələrinə aid qurumlar, AMEA İnstitutlarının, ali məktəblərin, media qurumlarının nümayəndələri iştirak ediblər. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının zənginləşdirilməsi istiqamətində görülən işləri xatırladıb. Direktor, çoxsaylı kolleksiya təqdimatlarının keçirildiyinə, ölkə daxilində informasiya resursları içərisində ən qədim və unikal kitabların MEK-də toplanıldığına, türkdilli mənbələrin sayca 100 mindən artıq olduğuna diqqət çəkib.

Komitə sədri: “98 azərbaycanlı qadın erməni girovluğundadır”

24 Noyabr 2017 16:12

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.

Həmkarlar ittifaqına üzv olmayan təşkilatlardan üzvlük haqqı yığılmayacaq

24 Noyabr 2017 16:09

Noyabrın 24-də Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Bakıda ev, Sumqayıtda sex yanıb

24 Noyabr 2017 16:07

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 28 m2 olan birotaqlı mənzildə mətbəx mebeli 2 m2 sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, mənzil yanğından mühafizə olunmuşdur. Sumqayıt şəhərində isə ümumi sahəsi 300 m2 olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 15 m2 sahədə və içərisində olan əşyalar 4 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Kəmaləddin Heydərov Zərdabda vətəndaşları qəbul edib

24 Noyabr 2017 15:54

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

AzTU-da Milli Qəhrəmanın doğum günü ilə bağlı anım tədbiri keçirilib

24 Noyabr 2017 15:52

Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, Şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, universitet rəhbərliyi, müəllimlər, tələbələr və AzTU-nun məzunu olmuş Şəhid Elşad Əliyevin anası Flora Əliyeva əvvəlcə Çingiz Qurbanovun təhsil aldığı “Xüsusi texnika və texnologiya” fakültəsində Milli Qəhrəmanın xatirəsinə ehtiram olaraq yaradılan foto-stentlə tanış olublar. Daha sonra tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib. Çingiz Qurbanovun tələbəlik illərini yada salan müəllimlər, onun vətənpərvər, ictimai aktiv gənc olduğunu vurğulayıblar.

“Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir

24 Noyabr 2017 15:51

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi davam edir. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır. Layihənin növbəti təlimində Gənclər Fondunun aparıcı məsləhətçisi – Ayşə Məhərrəmova və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də ekspert qismində iştirak ediblər.

Söz və mətbuat azadlığına dövlət qayğısı müstəqil medianın inkişafına təkan verib

24 Noyabr 2017 15:48

Dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Konkret misallara istinad etsək deyə bilərik ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əməli işlər görülüb.

Aydın Əliyev Daşkəsəndə vətəndaş qəbulu keçirib

24 Noyabr 2017 15:46

Noyabrın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib. DGK-dan “Olaylar”a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Mənsimovun yaxtasındakı erməni, SOCAR-dan oğurladığı milyon dollarlar, daha nələr… – Oğrunu necə yaxalamalı?!

24 Noyabr 2017 15:37

Müflisləşmiş milyarder Mübariz Mənsimovla bağlı əhvalat getdikcə daha dramatik xarakter alır. M.Mənsimov oyunun bütün yazılmış və yazılmamış qaydalarını pozub. M.Mənsimov Rusiya Xüsusi Xidmət orqanlarının mümkünsüzlük sənətinin əsəridir. Bu iş adamının parlama və yoxsulluq tarixçəsi uşaqlıqdan yazı, orfoqrafiya və üslub problemləri olan heçdən, axmaq və savadsız adamdan nəhəng “LUKoil” neft şirkətinin əlaltı layihəsini yaratmaq üzrə dərs vəsaitidir. Budur, başqa bir ölkənin hökumətindən xeyir-dua almış M.Mənsimov təxminən iki onillik ərzində oturduğu budağı kəsməyə çalışır.