MEK – də 2387 sayda türkdilli mənbələr mühafizə olunur

AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk ölkələrinə aid qurumlar, AMEA İnstitutlarının, ali məktəblərin, media qurumlarının nümayəndələri iştirak ediblər. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK fondlarının zənginləşdirilməsi istiqamətində görülən işləri xatırladıb. Direktor, çoxsaylı kolleksiya təqdimatlarının keçirildiyinə, ölkə daxilində informasiya resursları içərisində ən qədim və unikal kitabların MEK-də toplanıldığına, türkdilli mənbələrin sayca 100 mindən artıq olduğuna diqqət çəkib.

Türkdilli mənbələr barədə slaydlı təqdimatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Fondların formalaşdırması bölməsinin əməkdaşları - Sevil Əliyeva, Qöncə Cəlilova, Aysel İbrahimli, Xədicə Ağayeva təqdim ediblər. Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxanada ümumilikdə 1500000 min sənəd mühafizə edilərək oxucuların istifadəsinə verilib. Kitabxanın ayrı-ayrı fondlarında mühafizə olunan türkdilli mənbələrin ümumi sayı isə 2387 nüsxədir.

Mənbələrin təqdim edilməsinin ardınca Azərbaycanın əməkdar artisti Gülnaz İsmaylovanın ifasında bəstəkar Vasif Adıgözəlovun "Çanaqqala" oratoriyasından parça səslənib, həmçinin Əməkdar incəsənət xadimi rejissor Ziya Şıxlinskinin "Yazılsın tarixə bir qızıl xətlə" sənədli filmi nümayiş olunub.

Qonaqlardan Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşaviri Abdul Gafur Büyükfırat, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil və Mədəniyyət Müşaviri Ahmet Simitçioğlu, ADMİU-nun professoru Mübariz Süleymanlı, BDU-nun professoru Sevda Süleymanova, Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Litseyinin direktoru Hüseyin Dəmirəl, Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət, Beynəlxalq Hüquq Araşdırmaları Mərkəzinin sədri Pərviz Əsədi və digərləri kitabxana fondlarında saxlanılan belə unikal mənbələrin dəyərindən, ortaq türk tarixinin yazılmasında və canlanmasında bu mənbələrin təbliğinin və əlçatan olmasının vacibliyindən söhbət açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31