“Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!” layihəsi davam edir. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır. Layihənin növbəti təlimində Gənclər Fondunun aparıcı məsləhətçisi – Ayşə Məhərrəmova və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də ekspert qismində iştirak ediblər.

"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Erkən nigahlar məişət zorakılığının başlıca amillərindəndir!" layihəsi davam edir. "OLAYLAR"-a İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır. Layihənin növbəti təlimində Gənclər Fondunun aparıcı məsləhətçisi - Ayşə Məhərrəmova və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də ekspert qismində iştirak ediblər.

Layihəni giriş sözü ilə təşkilatın sədri Tünzalə CavadovaGənclər Fonduna bu cür vacib layihəni dəstəklədiyi üçün minnətdarlığını bildirdi. Gənclər Fondunun aparıcı məsləhətçisi Ayşə Məhərrəmova da layihənin vacib bir əhəmiyyəti olduğunu xatırlatdı və Gənclər Fondunun həmişə belə prioritet mövzulara dəstək verdiyini xüsusi vurğuladı.

Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev də rayonda bu mövzuda müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini və bu cür aktual layihələrə həmişə dəstək olmağa hazır olduqlarını nəzərə çatdırdı. Çıxış edənlər erkən nighahların fəsadları haqqında geniş müzakirələr apardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31