Sosial

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı

25 Noyabr 2017 14:51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.

Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR

25 Noyabr 2017 12:47

Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub. Bununla əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunur. Qanuna təklif olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə -

Bəzi dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərar qəbul olundu

25 Noyabr 2017 12:35

Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişikliklər edib. Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bilik Fondu Prezident Sərəncamına həsr olunan tədbir təşkil etdi

24 Noyabr 2017 22:16

Noyabrın 24-də Azərbaycan Respiblikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin humanist cəza siyasəti konteksində" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, rayon hüquq mühafizə orqanlarının məsul əməkdaşları, ədliyyə işçiləri, hakimlər, vəkillərin iştirakı ilə keçirilən tədbiri İcra Hakimiyyətinin birinci müavini Əslan Səmədov giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ilin fevralında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb.

İt saxlayaq, yoxsa pişik? - 10 FƏRQ

24 Noyabr 2017 20:00

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub.

Ağciyərləri təmizləyən 4 QİDA

24 Noyabr 2017 19:51

Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir. Bəs biz ağciyərlərimizi nə dərəcədə qoruyuruq? Sizə ağciyərləri təmizləyərək, xəstəliklərin qarşısını alan qidaların siyahısını veririk.

Suya bal və istiot töküb içsəniz... – BUNLARI BİLMİRSİNİZ

24 Noyabr 2017 19:45

Adətən istiotdan yalnız xörək bişirərkən istifadə edilir. Amma sizə istiotdan digər sahələrdə də faydalana biləcəyinizə dair maraqlı məlumat veririk.

"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik

24 Noyabr 2017 18:03

"Azərbaycanda ümumilikdə törədilən bütün cinayətlərin çox cüzi hissəsi qadına qarşı törədilən cinayətlərdir". Bunu Daxili Işlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniya ilə bağlı tədbirdə deyib.

Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı? - VİKİPEDİYA

24 Noyabr 2017 17:44

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlimlərimizdə iştirak edən AMEA Tarix İnstitutunun Diaspor şöbəsinin elmi işçisi Elnur Neciyev Vikipediyada "Araz Türk Cümhuriyyəti" mövzusunda olan məqaləni mənbələr əsasında redaktə edərək müəyyən düzəlişlər etmiş, həm də tamamilə genişləndirmişdir.

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

24 Noyabr 2017 17:12

Az öncə ölkənin lider mobil operatoru Azercell Telekom Bakı, Abşeron yarımadası və Gəncədən əlavə,  Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi. İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün  5GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün sadəcə müştərinin 4G dəstəkli telefonu,  4G xidmətini dəstəkləyən SİM Kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim kartınızda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.

Pasportun itirilməsi və qəsdən korlanması məsuliyyət yaratmayacaq

24 Noyabr 2017 17:06

Azərbaycanda pasportun itirilməsi və qəsdən korlanması “Pasport haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunların tələblərini pozmağa görə məsuliyyət yaratmayacaq.

İRƏLİ yeni layihəyə başladı

24 Noyabr 2017 16:49

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinəı görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.

Yas məclislərinin təşkili ilə bağlı ciddi addımlar atılmalıdır

24 Noyabr 2017 16:48

“İnhisar halını almış yas məclislərinin təşkili, formatı, ehsan məsələləri, molla və.s barədə çox ciddi addımlar atılmalıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib.