Bilik Fondu Prezident Sərəncamına həsr olunan tədbir təşkil etdi

Noyabrın 24-də Azərbaycan Respiblikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin humanist cəza siyasəti konteksində" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, rayon hüquq mühafizə orqanlarının məsul əməkdaşları, ədliyyə işçiləri, hakimlər, vəkillərin iştirakı ilə keçirilən tədbiri İcra Hakimiyyətinin birinci müavini Əslan Səmədov giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ilin fevralında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb.

Noyabrın 24-də Azərbaycan Respiblikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində "Cinayət qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin humanist cəza siyasəti konteksində" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, rayon hüquq mühafizə orqanlarının məsul əməkdaşları, ədliyyə işçiləri, hakimlər, vəkillərin iştirakı ilə keçirilən tədbiri İcra Hakimiyyətinin birinci müavini Əslan Səmədov giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu ilin fevralında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncamı xatırladıb.

Ə.Səmədov bu sərəncamı ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamı və Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisi kimi dəyərləndirib.

Sonra Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyev geniş məruzə ilə çıxış edib və mövzu ilə bağlı auditoriyanı maraqlandıran sualları ətraflı cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31