İRƏLİ yeni layihəyə başladı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Danış ki, səni görüm” layihəsinin açılış mərasimi olub. “OLAYLAR”-ın xəbərinəı görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.
24 Noyabr 2017 16:49 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İrəli" İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan "Danış ki, səni görüm" layihəsinin açılış mərasimi olub. "OLAYLAR"-ın xəbərinəı görə, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlığının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır.
Açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Azadinform informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev çıxış edib və jurnalistika sahəsində, natiqlik sahəsində fikirlərini bölüşüblər.
Çıxış edən"İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov natiqlik sənətinin əhəmiyyətindən, ölkə gənclərinin natiqliyin inkişafı üçün atacağı addımlar, təlimdə iştirak edən gənclərin bu sahədə yeni məlumatlar əldə edəcəyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid tədbirin mövzusunun əhəmiyyətindən söz açıb: "Gözəl danışmağa təməl olan faktorlardan biri şeir əzbərləməkdir. Saatlarla güzgünün qabağında durub məşq edən natiqlər olub. Əgər gənclərimiz natiq olmaq istəyirlərsə, mütləq mütaliələr etməli, bədii ədəbiyyat oxumalıdırlar". Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı öz çıxışında "özünü ifadə edə bilməyin, səlist nitqin nə dərəcədə vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, açılış mərasimində araşdırma jurnalistikasından da danışılıb. İştirakçılara bildirilib ki, jurnalistikanı seçənlər ilk addımlarını yazılı mediada atsalar, xarici dil biliklərini zənginləşdirsələr daha yaxşı olar. Çünki, araşdırma jurnalistikası az-çox yazılı mediada qalıb. Gənclər həm də jurnalistikada ixtisaslaşmağa meyilli olmalı, hər şeydən yazmaq kimi öhdəlik götürməməlidirlər.