Sosial
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Bakıda yeni fırıldaqçılar peyda olub. Bu barədə paytaxtda fəaliyyət göstərən geyim mağazalarından birinin sahibi deyib. Adının açıqlanmasını istəməyən mağaza sahibi bildirib ki, müştəri adıyla mağazaya daxil olan fırıldaqçılar müxtəlif qiymətlərdə olan iki geyimi (Məsələn, 2 şalvar, 2 köynək) seçdikdən sonra, geyim otağına daxil olur.
Malayziya Perlis Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində
Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo’ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. Ahmad Odlar Yurdu Universitetinin qonağı olub. Qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirdi.
Azərbaycan və Almaniya arasındakı diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş simpozium keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdədir. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Mahir Hümbətov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi İlqar Qurbanov və SAM-ın Məsləhətçi-eksperti Elçin Mirzəyev daxildir.
Qəbələdə AĞIR QƏZA: 2 ölü, 8 yaralı
Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfərin xəsarət aldığı açıqlanıb. Ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda 90-NB-811 dövlət nömrə nişanlı, "Toyota Rav 4" markalı minik avtomobili ilə 66-BV-214 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.
Tibb işçilərinə Səhiyyə Nazirliyindən şad xəbər
İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.
Qış nə zaman gəlir?
Dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayır. Həmin gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.
İcbari tibbi sığorta sisteminin tətbiq dairəsi genişləndirilib
İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki, Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir. Məlumata görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.
Turan Yazqan mükafatının təqdimat mərasimi keçiriləcək
Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Turan Yazqanın vəfatının 5-ci ili tamam olur. “OLAYLAR” -a daxil olan məlumata görə, bu məqsədlə mərhum Turan Yazqanın qurucusu olduğu Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən bir sıra tədbirlər təşkil olunacaq. Belə tədbirlərdən biri dekabrın 2-də İstanbulda reallaşacaq. İstanbul Böyükşehir Bələdiyyəsi və TDAV tərəfindən keçiriləcək tədbir İstanbuldakı Fatih Əli Əmiri Əfəndi Mədəniyyət Mərkəzində reallaşacaq.
Harvardın psixoloqu tibb dünyasını lərzəyə saldı: Bu xəstəlik əslində yox imiş
Azərbaycanda 50 yeni mehmanxana açılacaq
"Azərbaycanda gələn il daha 50 mehmanxana açılacaq". Bu barədə Bakıda keçirilən "Azərbaycan Turizm Forumu"nda paytaxtda fəaliyyət göstərən otellərdən birinin rəhbəri olan Ceyhun Aşurov bildirib.
Azərbaycan kişilərini təhqir edən Pərvinə cavab: " 500 -1000 manatlıq qadına..."
Keçmiş millət vəkili Pərvin Abıyevanı biabır etdi: "Pərvinkimilər hər ölkədə var"
Nigar Camalın qisa geyimi canlı efirdə ona çətin anlar yaşatdı – VİDEO
Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.














