Sosial
İstirahət günlərində yol qəzasında 7 nəfər ölüb, 18-i xəsarət alıb
İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Azərbaycanda bu şəxslərin maaşları artırıldı
Bakı Dövlət Universiteti (BDU) rektorluğunun genişləndirilmiş iclasında ali məktəbin bütün əməkdaşlarının əməkhaqqının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.
Əcnəbilərin qeydiyyat məsələsi sadələşir
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydaları sadələşdirilir. Məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir. Belə ki, Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən əlavəyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmayacaq.
KİV haqqında qanun yenilənir
“Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər edilir. Məlumata görə, qanunun 3-cü maddəsinə ( Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki,qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir.
Əcnəbilər hansı hallarda övladlığa uşaq götürə bilərlər?
Son vaxtlar övladlığa götürülmüş uşaqlarla bağlı çoxsalı suallar ortalığa çıxmaqdadır. Bəs, əslində övladlığa götürmə barəsində hansı hüquqi normativlərə əməl etmək lazimdir? Ümumiyyətlə övladlığa götürmə hansı hallarda baş verir? Bəs övladı olmayan ailələr övladlıq götürməsi üçün nə etməlidir? Vəkil Rövşən Qasımov bildirib ki, övladlığa gütürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
Ayaqqabısından psixotrop maddə çıxdı
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Bakıda “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək
28 noyabr 2017-ci il, saat 10:30-da Baku Expo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin ElanExpo və Atılım Fuarcılık şirkətlərinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgis”i keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, məqsəd daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişlənməsidir.
Nazirlikdə kollegiya iclası keçirilib
İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək.
"Hansı dini proseslərin problem yaratdığını öyrənməliyik" - Əflatun Amaşov
Hansı dini proseslərin problem yaratdığını öyrənməliyik. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin Qubada təşkil etdiyi "Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə" mövzusunda keçirilən konfransda deyib.
Çiskin olacaq, külək güclənəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 28-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
“Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək
5 dekabr tarixində “Excelsior Hotel & Spa Baku” otelində “Otelçilikdə PR-ın təşkili” mövzusunda seminar keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, seminarda “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, Azərbaycan Public Relation Association İdarə heyətinin üzvü, “Əlibəyov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov, “adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər.Həmçinin, otel sahəsində çalışan iştirakçı PR mütəxəssisləri bu sahədə öz təcrübələrini bölüşəcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.Tədbirdə PR menecerlər, APRA-nın İdarə Heyətinin üzvləri iştirak edəcəklər.
Tikinti sahəsində monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Olaylar.az bildirir ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.
Notarius olmaq istəyən 56 namizəd müsabiqə mərhələsinə buraxılıb
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərin qəbulu başa çatdırılaraq, “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı keçirilmişdir.
“Uşaq Qaynar Xətti” mobil telefonda
Xidmətin İOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb. Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, “Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.
Bakıda İNANILMAZ FIRILDAQÇILIQ - Satıcılar, diqqətli olun!
Bakıda yeni fırıldaqçılar peyda olub. Bu barədə paytaxtda fəaliyyət göstərən geyim mağazalarından birinin sahibi deyib. Adının açıqlanmasını istəməyən mağaza sahibi bildirib ki, müştəri adıyla mağazaya daxil olan fırıldaqçılar müxtəlif qiymətlərdə olan iki geyimi (Məsələn, 2 şalvar, 2 köynək) seçdikdən sonra, geyim otağına daxil olur.














