İcbari tibbi sığorta sisteminin tətbiq dairəsi genişləndirilib

İcbari tibbi sığorta sistemi ilə bağlı artıq 5-6 aydır ki, Naxçıvan Muxtar Respublikasında pilot layihə həyata keçirilir. Məlumata görə, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, ölkədə icbari tibbi sığorta sistemi diqqət mərkəzində olub: "Layihə Mingəçevir və Yevlax şəhərlərində həyata keçirilir. Layihənin nəticələri müsbətdir. Ümid edirəm ki, bu layihələr səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni optimal yolların tapılmasına xidmət edəcək". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31