Yas məclislərinin təşkili ilə bağlı ciddi addımlar atılmalıdır
“İnhisar halını almış yas məclislərinin təşkili, formatı, ehsan məsələləri, molla və.s barədə çox ciddi addımlar atılmalıdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib.
24 Noyabr 2017 16:48 Sosial"İnhisar halını almış yas məclislərinin təşkili, formatı, ehsan məsələləri, molla və.s barədə çox ciddi addımlar atılmalıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Hacı Ceyhun Şükürov səsləndirib. O, bildirib ki, bu məclisə gələnlər sanki uzun müddətdir aclıq, səfalət içində yaşayan bir qövümdür: "Məclisə gətirilən yeməyə, çaya və.s "ehsan" qismində nə varsa ağız şaqqıldısı ilə elə hücum çəkilir ki, sanki günlərdir boğazından bir loxma və bir qurtum su keçməyib. Molla məsələsi isə tamam başqa bir mövzudur. Ürək ağrısı ilə qeyd edərək bildirirəm ki, bu acınacaqlı hal - xalqın dindən uzaq düşməsi bir qrup "fırıldaqçı" , "dələduz" molların canfəşanlığı nəticəsindədir. Hər nə qədər Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi buna qarşı bir tədbir görməyə çalışsa da, görünən odur ki, hansısa gizli bir əl hər bir vəchlə buna maneə olur". İlhaiyyatçı qeyd edib ki, xalq arasında aparılan təbliğat-təşviqat işləri mütamadi olmadığından sanki camaat bu işin belə olmasını dinin bir gərəyi kimi qəbul edirlər: 2Halbuki aparılan söhbətdən anlaşılır ki bunlar da bu on illərdir formalaşan yanlışlığın düzgün istiqamətə yönləndirilməsinin tərəfdarıdırlar.Gərək hamı bu işin düzəldilməsi üçün əlindən gələni əsirgəməsin".