Komitə sədri: “98 azərbaycanlı qadın erməni girovluğundadır”
“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.
24 Noyabr 2017 16:12 Sosial"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır". "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova "Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son" adlı konfransda deyib. H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: "98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31