Sosial

Sulu qəlyandan istifadə məhdudlaşdırılır

24 Noyabr 2017 15:31

Azərbaycanda tütün məmulatlarından (siqaret), qəlyandan və elektron siqaretdən istifadənin qadağan edildiyi yerlərin sırasına daha bir neçə məkan əlavə edilir. Məlumata görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda 1-ci və 10-cu maddələrdə əks olunub. Layihəyə əsasən, qeyd olunan məmulatlarından istifadəyə eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Vitse-spiker Qazaxıstana səfər edəcək

24 Noyabr 2017 15:27

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov noyabrın 25-27-də Qazaxıstanda səfərdə olacaq. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstanın Birinci Prezident günü münasibəti ilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etməkdir. Tədbir Astana şəhərində keçiriləcək.

Azərbaycanın xaricdəki səfirliklərinin bəzi əməkdaşları gəlir vergisindən azad edilir

24 Noyabr 2017 15:15

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir. Məlumata görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsinə dair əməkdaşlıq planı imzalanıb

24 Noyabr 2017 15:12

Moskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər. 

Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

24 Noyabr 2017 14:56

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Bilefeld Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsinin (İmmiqrasiya idarəsi) rəhbəri cənab Torsten Boehlinqlə görüş keçirilib. Görüşdə bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğuna diqqət çəkilib.

Avtobus vuran piyada yerindəcə ölüb

24 Noyabr 2017 14:48

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 23-də saat 5.00 radələrində Yasamal rayonunun Moskva prospektində Qazax rayon sakini Rafiq Əliyev idarə etdiyi “İsuzu” markalı 65 saylı xətt avtobusla yolu keçən Yardımlı rayon sakini Sazada Paşayevanı vurub. Piyada hadisə nəticəsində yerindəcə ölüb.

Mübariz Qurbanlı Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

24 Noyabr 2017 14:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Nazirlikdə korrupsiya ilə bağlı treninq keçirilib

24 Noyabr 2017 14:34

Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasi Prezidentinin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti treninq keçirilib.

Avropa Parlamentində erməni vəhşiliyindən danışılıb

24 Noyabr 2017 14:29

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin mənzil qərargahında keçirilən ictimai dinləmələrdə yaxından iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, Avropa Parlamentinin İnsan Haqları üzrə Altkomitəsinin təşkil etdiyi ictimai dinləmələrə qatılan ADİHİ rəhbəri Azərbaycanda uşaq hüquqlarının vəziyyəti barədə məruzə ilə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan hüquq müdafiəçisi münaqişə zonasında qətlə yetirilən mülki əhali, xüsusən də azyaşlı uşaqlar barədə məlumat verib. Ermənistan silahlı birləşmələrinin zaman-zaman atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan yerli əhalini hədəf aldığını, təxribatlar törədərək, azyaşlı uşaqları qətlə yetirdiyini bildirən ADİHİ rəhbəri konkret faktlar üzərində dayanıb.

Deputat: “Süni maneələr olmasa...”

24 Noyabr 2017 14:28

“Ölkədə yoxsulluğu azaldıltmaq və əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü xeyli imkan var”ç “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bunun üçün ilk növbədə iqtsadi azadlıqlar təmin edilməli, iqtisadi təşəbbüskarlıq və sahibkarlığın qarşısında duran bütün maneələr aradan qaldırılmalıdır.

Sulu qar yağacaq

24 Noyabr 2017 14:22

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir.

Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”

24 Noyabr 2017 14:16

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovmüavinlərindən birinin əlil olması barədə deputatların təklifinə münasibət bildirib. Nazir bildirib ki, əlilli olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yalnış bir addım olardı.

Nazir: “İşəgötürənlər əlillər üçün lazımi şəraitin yaradılmasında maraqlı deyil”

24 Noyabr 2017 14:12

“Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil. Onlar üçün müvafiq şərait yaradılmalıdır ki, onlar da əlilliyi olmayan şəxslər kimi bərabər hüquqlardan istifadə etməlidir. Bunun üçün iş yerlərində, ictimai nəqliyyatda əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılmalıdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Moskva vilayətində azərbaycanlı sahibkar özünü yandırıb

24 Noyabr 2017 14:05

Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb. Hadisə noyabrın 22-də günorta saatlarında baş verib. Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb.

“Bakcell”in  dəstəyilə futzal turniri təşkil edilib

24 Noyabr 2017 13:44

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir. 22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.