Miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Bilefeld Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsinin (İmmiqrasiya idarəsi) rəhbəri cənab Torsten Boehlinqlə görüş keçirilib. Görüşdə bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğuna diqqət çəkilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Bilefeld Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsinin (İmmiqrasiya idarəsi) rəhbəri cənab Torsten Boehlinqlə görüş keçirilib. Görüşdə bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğuna diqqət çəkilib. Məlumat verilib ki, son dövrlər digər ölkələrdə icazəsiz yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra dövlətlərlə readmissiya sazişləri imzalanıb. Avropa İttifaqı ilə 2014-cü ildən qüvvəyə minmiş readmissiya sazişindən sonra,  Almaniya tərəfindən Azərbaycan vətəndaşlarının ölkəmizə readmissiyasına başlanılıb. Lakin readmissiya həyata keçirilən zaman Avropa İttifaqı tərəfinin, eləcə də Almaniyanın yol verdiyi nöqsanlar, hüquqpozmalar qeyd olunub. Görüşdə əminlik ifadə edilib ki, qurumlararası əməkdaşlığın gücləndirilməsi və daha sıx görüşlərin təşkili hər iki ölkənin miqrasiya proseslərinin tənzimlənməsində  yeni imkanlar açacaq. Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31