Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsinə dair əməkdaşlıq planı imzalanıb
Moskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
24 Noyabr 2017 15:12 SosialMoskvada Rusiya və Azərbaycan Təhlükəsizlik Şuraları katiblərinin görüşü keçirilib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Nikolay Patruşevlə Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələləri müzakirə ediblər.
Təhlükəsizlik Şurası katibləri daim informasiya mübadiləsi, iki ölkənin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ekspertləri səviyyəsində məsləhətləşmələri nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar. Apa.az