Bakıda ev, Sumqayıtda sex yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 28 m2 olan birotaqlı mənzildə mətbəx mebeli 2 m2 sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, mənzil yanğından mühafizə olunmuşdur. Sumqayıt şəhərində isə ümumi sahəsi 300 m2 olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 15 m2 sahədə və içərisində olan əşyalar 4 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
24 Noyabr 2017 16:07 SosialBakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 28 m2 olan birotaqlı mənzildə mətbəx mebeli 2 m2 sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, mənzil yanğından mühafizə olunmuşdur. Sumqayıt şəhərində isə ümumi sahəsi 300 m2 olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 15 m2 sahədə və içərisində olan əşyalar 4 m2 sahədə yanmışdır. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.