Həmkarlar ittifaqına üzv olmayan təşkilatlardan üzvlük haqqı yığılmayacaq
Noyabrın 24-də Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
24 Noyabr 2017 16:09 SosialNoyabrın 24-də Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda "Həmkarlar İttifaqları haqqında", "Məşğulluq haqqında" qanunlara və Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihələri barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, "Həmkarlar İttifaqları haqqında" qanuna edilən dəyişikliyə əsasən, artıq sırf Həmkarlar İttifaqına üzv olan təşkilatlar üzvlük haqqı yığıb ödəyə biləcək. Belə ki, indiyədək quruma üzv olmayan təşkilatlardan üzvlük haqqının yığılması məcburi olmayacaq. "Məşğulluq haqqında" qanuna da buna uyğunlaşdırıcı dəyişiklik edilir. Əmək Məcəlləsinə isə texniki dəyişiklik müzakirəyə çıxarılıb. Hər üç layihə plenar iclasa tövsiyə olunub.