Sosial

Tələbələr Əhməd Sami Elaydi ilə görüşdülər

30 May 2018 14:52

Mayın 30 –da Abşeron Binə Peşə Liseyinin müəllim və tələbə heyəti ilə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib. Olaylar.az bildirir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara Mərkəzin fəaliyyəti, yaranma tarixi, həyata keçirdiyi işlər barədə məlumat verərək bildirdi: “Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdan ibarətdir.

ASAN E-gov modeli “Tallin E-hökumət 2018” konfransında

30 May 2018 14:44

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Estoniyanın Elektron İdarəçilik Akademiyasının təşkilatçılığı ilə beynəlxalq “Tallin E-hökumət 2018” adlı konfrans keçirilib. Olaylar.az bildirir ki, “Rəqəmsal vətəndaşlar üçün idarəetmə”yə həsr olunan konfransda, müxtəlif ölkələrin elektron hökumət sahəsindəki strategiyaları, qabaqcıl təcrübələri, yeniliklər və qarşılaşıla biləcək problemlər və onların mümkün həlli yolları barəsində müzakirələr aparılıb.

“BakuBus”ın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub

30 May 2018 13:31

Paxtaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

30 May 2018 13:29

Mayın 29-da Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub.

“Məqsədli karyera” mövzusunda təlimlər keçirilir

30 May 2018 13:28

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərə “Məqsədli karyera” mövzusunda təlimlər keçirilir.

Şamaxıda erkən evliliyin cəmiyyətdə yaratdığı fəsadlar müzakirə olunub - FOTO

30 May 2018 12:59

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını davam etdirir. Birlik layihə çərçivəsində Şamaxı rayonunda konfrans keçirilib. Tədbirdə ilk çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Azərbaycanda gender probleminin olmadığını bildirib.