Qənirə Paşayeva:" Efirlər biabırçılıqdı"

"Maarifləndirmə və gənclərin peşəyə cəlb edilməsi, işə düzəldilməsi ciddi   məsələdi" Bunu OLAYLARa millət vəkili Qənirə Paşayeva deyib: "Təbii ki, hamı ali təhsil ala bilməz, amma qızlarımızın peşə təhsilinə yönəldilməsi çox önəmlidir.Həyat çətindi, sabah sənin üçün çətin olmaya bilər, amma 5-10 il sonra heç kəs bilmir həyatında nə baş verəcək. Ona görə də bu məsələni onların öhdəsinə buraxmamalıyıq. Bu işdə dövlət, vətəndaş cəmiyyəti, biz daha fəal olmalıyıq. "Neyləyək qızıdı verir də, neyləyək e erkən yaşda verib" deməməliyik. Deməliyik ki, biz nə isə az etmişik, daha çox işlər görməliyik. Hardadı bununla bağlı maarifləndirmə? Siz televiziyada bunu görürsüz? Görmürsüz. Biabırçılıqdır.Çoxu ailə ilə bağlı verilişlərdi. O verilişlərin ailə ilə bağlı  bir xeyrini görmürəm, zərərindən başqa. Çox nadir verilişlər olur ki, ordan bir müsbət nəsə götürmək olar... Bu səbəbdən hətta televizora baxmıram.

Sosial şəbəkələrdən  xəbərdar oluram və yaxud da dostlarım mənə video göndərirlər, bir az da əsəbi tonda deyirlər ki, Qənirə, bu nədir? Ayıb deyilmi? Baxıram ki, doğurdan da biabırçılıqdı...Cəmiyyəti reytinqə qurban vermək olmaz. Peşəkarları cəlb etmək lazımdı o verilişlərə. Bir də görürsüz ki, zəng edirlər və deyirlər axı sən parlamentdəsən, bu məsələni müzakirəyə qoyun, axı övladım oturub  baxır və mən  onu ekrandan ayıra bilmirəm. Bu mənada televiziyalar bizim yaralı yerimizdi. Düşünürlər ki, yalnız dövlət televiziyaları maarifləndirmə funksiyasını daşıyır, amma özəl televiziyalar da cəmiyyətin bir hissəsidir. Özəl televiziya maarifləndirmə verə bilmirsə, ən azı zərər verməsin. İnsanların çoxu hardadır,televiziya qarşısında, sosial mediadadır. Qənirə Paşayeva jurnalistikadan getməyinə peşman olmadığını bildirib Bu günki jurnalistika üçün darıxmıram.Televiziyalara baxdığım zaman, bunu açıq şəkildə demişəm, deyəcəm də. Həyatda aldığım ən doğru qərarlardan biri televiziyadan vaxtında getməyimdir. Məsələnin maddi tərəfindən demirəm. Mən  mənəvi olaraq işləyə bilməzdim bu mühitdə. Mən televiziyada heç bir zaman yüksək maaş almamışam. Dostlarım deyirdi ki, sən istənilən yerdə işləyib  bu maaşın iki-üç qatını ala bilərsən. Mən heç vaxt televiziyaya gəlir mənbəyi kimi baxmamışam, başqa dəyərlərlə baxmışam."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31