“Məqsədli karyera” mövzusunda təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərə “Məqsədli karyera” mövzusunda təlimlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərə "Məqsədli karyera" mövzusunda təlimlər keçirilir.

"OLAYLAR" xəbər verir ki, "Məktəblinin dostu" layihəsi çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi yuxarı sinif şagirdlərinin ixtisas seçiminə dəstək vermək, müvafiq bilik və bacarıqların vacibliyini şagirdlərin diqqətinə çatdırmaq, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirməkdən ibarətdir.

Yeddi sessiyadan ibarət təlimlərdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirilir. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında araşdırılaraq müzakirələr aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31