Tələbələr Əhməd Sami Elaydi ilə görüşdülər
Mayın 30 –da Abşeron Binə Peşə Liseyinin müəllim və tələbə heyəti ilə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib. Olaylar.az bildirir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara Mərkəzin fəaliyyəti, yaranma tarixi, həyata keçirdiyi işlər barədə məlumat verərək bildirdi: “Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdan ibarətdir.
30 May 2018 14:52 SosialMayın 30 -da Abşeron Binə Peşə Liseyinin müəllim və tələbə heyəti ilə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.
Olaylar.az bildirir ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara Mərkəzin fəaliyyəti, yaranma tarixi, həyata keçirdiyi işlər barədə məlumat verərək bildirdi: "Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdan ibarətdir. Bu səbəbdən mütəmadi olaraq Azərbaycanın müxtəlif təhsil müəssisələri ilə əlaqələrin genişlənməsi, tələbələrin əyani olaraq Misir mədəniyyəti və tarixi ilə tanış olmaq üçün görüşlər təşkil olunur".
Sonra Abşeron Binə Peşə Liseyinin müəllimləri Nurlan Əhmədov və Tamam Rəhimova tərəfindən Liseydə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı barədə geniş məlumat verildi.
Görüş zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə Abşeron Binə Peşə Liseyi ilə müştərək tədbirlərin keçirilməsi müzahirə olundu.
Mərkəzlə tanışlıqdan sonra Misirin mədəniyyətini, tarixini, turizm potensialını əks etdirən video çarx nümayiş etdirildi və mərkəz rəhbəri tərəfindən tələbələri maraqlandıran suallara cavab verildi.