Siyasət

Avropa Parlamentinin yeni sədri Berluskoninin keçmiş mətbuat katibidir

18 Yanvar 2017 18:08

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti 2017-ci ildə ilk iclasında Avropa Komissiyasının keçmiş üzvü, italıyalı mühafizəkar siyasətçi Antonio Tayanini yeni sədr seçib. Onun namizədliyini 351 deputat, rəqibi, italyan sosial-demokrat Canni Pittellanı 282 deputat dəstəkləyib. 

Özbəkistan portalında yayılan məqalədə Ermənistan tərəfinin Azərbaycan əsgərinin cəsədini qaytarmaması pislənilir

18 Yanvar 2017 16:42

Özbəkistanın “Ziyouz” portalında “Azərbaycan əsgərinin cəsədi Vətənə nə vaxt qaytarılacaq?” sərlövhəli məqalə verilib.

ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar

18 Yanvar 2017 16:35

Soçidən bir qədər aralıda Rusiyaya məxsus hərbi təyyarənin qəzaya uğraması müəyyən sualların yaranmasına səbəb olub.

AntiAzərbaycan qüvvələr “mübarizə meydanında”

18 Yanvar 2017 16:32

Azərbaycan hansısa bir təşəbbüslə çıxış edib onu reallaşdırmaq ərəfəsində olanda, yaxud beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirə evsahibliyi edən zaman bir qayda olaraq ölkəmiz xaricdəki bəzi pozucu, qeyri-obyektiv fəaliyyət göstərən  qurum və quruluşların yadına düşür. Yaxın tarixə nəzər salsaq görərik ki, istər “Evrovision” musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də “Formula-1” yarışları zamanı, istərsə də ölkədə keçirilən seçkilər, beynəlxalq konfranslar zamanı biz bunun əyani şahidinə çevrilmişik. Həmin antiAzərbaycan şəbəkənin qarşısına qoyduğu bir məqsəd var ki, o da Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkəmiz barədə dünyada mənfi rəy formalaşdırmaqdır.

Diaspor təşkilatları da Lavrova etiraz etdi 

18 Yanvar 2017 15:57

Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da ciddi narazılığına səbəb olub. Belə ki, Danimarkada fəaliyyət göstərən – Azərbaycan Vətən Cəmiyyeti, Rusiya xarici Işlər naziri Sergey Lavrovun “Qarabağ Azərbaycanin daxili işi deyil” tipli açıqlamasina etiraz bildirib. Bu barədə “OLAYLAR”-a məlumat verən cəmiyyətin sədri Səfər Sadiqi deyib ki, tarix boyu ermenilərə dəstək verən Rusiya bu gün də həmin siyasəti davam etdirir: “Qarabağ Azərbaycanin tarixi torpaqlarıdır. Biz BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb edirik”.

Rusiya XİN rəhbəri: “ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsini istəyirik”

18 Yanvar 2017 15:45

"Avstriyalı həmkarımla görüşümüz konstruktiv keçdi".  Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov avstriyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsla keçirdiyi mətbuat konfransında bildirib.

Milli Məclisdə iranlı deputatlarla görüş keçirilib

18 Yanvar 2017 15:39

Milli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, MM-in Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov parlamentin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verib. Bildiriib ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Komitə sədri əlavə edib ki,  2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib.

XİN: "Azərbaycan qanunlarının pozulmasını söz azadlığı prinsipi ilə ört-basdır etmək olmaz"

18 Yanvar 2017 15:01

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmuş, bundan sonra başqa bir pasportla yenidən Azərbaycana səfər edərək ölkənin dövlət sərhədlərini pozmuş bir şəxsin fəaliyyətinin söz azadlığının pozulması kimi təqdim edilməsi düzgün deyil.

Həmsədr dövlətlər Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyillər

18 Yanvar 2017 14:41

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında arzuedilməz proseslər cərəyan edir. Mövcud cəzasızlıq sindromundan maksimum səviyyədə yararlanan işğalçı Ermənistan problemin sülh yolu ilə həllinə meyil göstərmək əvəzinə, cəbhə xəttində təxribat törətmək, vəziyyəti gərginləşdirməklə öz çirkin əməllərini davam etdirir. İşğalçı ölkənin bu cür təcavüzkar siyasətini tənqid edib təsir göstərmək, onu sülh prosesinə cəlb etmək əvəzinə isə beynəlxalq güclər, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edir, ona bu və ya digər formada dəstək nümayiş etdirirlər. Ötən gün şimal qonşumuzun xarici siyasət idarəsi rəhbərinin timsalında bu dəstəyin bir daha şahidi olduq. Rusiyanın xarici işlər nazirinin keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminə toxunarkən səsləndirdiyi ölkəmizin maraqlarına zidd fikirlər Bakıda birmənalı olaraq etiraz doğurub.

Rusiyanın “bitərəfliyi”

18 Yanvar 2017 14:38

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə yenə tərəf tutduğunu ortaya qoydu. Bu dəfə artıq rəsmi şəkildə Moskva bunu təsdiqləmiş oldu. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında nə qədər təəccüblü və təəsüfü olsa da bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işi deyil və Azərbaycan müharibəyə başlamamaq haqqında təminat verməlidir. Təbii ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin açıq-aşkar Ermənistanın maraqlarına xidmət edən bu açıqlaması Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb.

Rusiya heç vaxt Qarabağ məsələsində ədalətli mövqe tutmayıb

18 Yanvar 2017 14:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Rusiyalı nazir bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

20 yanvar-qəhrəmanlıq və şəhidlik zirvəsi

18 Yanvar 2017 14:32

20 Yanvar faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Beynəlxalq təşkilatlar öz funksiyalarını tam şəkildə yerinə yetirmirlər

18 Yanvar 2017 14:30

İşğalçı Ermənistan keçən ilin sonlarından etibarən cəbhədə yenidən vəziyyəti gərginləşdirməyə başlayıb. Son bir aya yaxın müddətdə bir neçə dəfə cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atan Ermənistan təkcə tərəflər arasında imzalanmış atəşkəs sazişini pozmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan ərazilərinə beynəlxalq səviyyədə qadağan olunmuş kimyəvi qatqısı olan silahlar ataraq açıq-aşkar təcavüzkar siyasətini nümayiş etdirir. Artıq son günlər işğalçı ölkə daha bir razılaşmanı pozaraq cəbhə xəttində yenidən snayper silahlarını işə salıb. Vəziyyətin bu cür davam etməsi isə hər ötən gün cəbhədə yeni bir savaşın başlanması riskini artırır. Amma maraqlısı odur ki, Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə göz yuman beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri vəziyyəti nizamlamaq, təxribatçı və işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə, əsas təpkini Azərbaycana göstərir, rəsmi Bakının öz torpaqlarını işğaldan azad etmək hüququnu tanımaq istəmir. Bəs görəsən bu cür vəziyyət prosesləri hara aparır və erməni təxribatları Qarabağda hərbi əməliyyatların aktiv fazaya keçməsinə səbəb ola bilərmi? Bu və ya digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

Hər şeydən əvvəl Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etmək istəyirik

18 Yanvar 2017 13:40

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts arasında görüş başlayıb. S. Lavrov bu ildən ATƏT-ə sədrlik edən avstriyalı həmkarını bu gün dinləmək istədiyini bildirib. "Biz sizin ATƏT-ə sədrlik proqramınızı öyrənmişik.

Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər

18 Yanvar 2017 13:33

"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər". Bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts "Sputnik"ə müsahibəsində bildirib.  "Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər", - deyə S. Kuts vurğulayıb.