AntiAzərbaycan qüvvələr “mübarizə meydanında”
Azərbaycan hansısa bir təşəbbüslə çıxış edib onu reallaşdırmaq ərəfəsində olanda, yaxud beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirə evsahibliyi edən zaman bir qayda olaraq ölkəmiz xaricdəki bəzi pozucu, qeyri-obyektiv fəaliyyət göstərən qurum və quruluşların yadına düşür. Yaxın tarixə nəzər salsaq görərik ki, istər “Evrovision” musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də “Formula-1” yarışları zamanı, istərsə də ölkədə keçirilən seçkilər, beynəlxalq konfranslar zamanı biz bunun əyani şahidinə çevrilmişik. Həmin antiAzərbaycan şəbəkənin qarşısına qoyduğu bir məqsəd var ki, o da Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkəmiz barədə dünyada mənfi rəy formalaşdırmaqdır.
18 Yanvar 2017 16:32 SiyasətTəəssüf ki, onlara dəstək verən milli satqınlarımız da var
Azərbaycan hansısa bir təşəbbüslə çıxış edib onu reallaşdırmaq ərəfəsində olanda, yaxud beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirə evsahibliyi edən zaman bir qayda olaraq ölkəmiz xaricdəki bəzi pozucu, qeyri-obyektiv fəaliyyət göstərən qurum və quruluşların yadına düşür. Yaxın tarixə nəzər salsaq görərik ki, istər "Evrovision" musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də "Formula-1" yarışları zamanı, istərsə də ölkədə keçirilən seçkilər, beynəlxalq konfranslar zamanı biz bunun əyani şahidinə çevrilmişik. Həmin antiAzərbaycan şəbəkənin qarşısına qoyduğu bir məqsəd var ki, o da Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkəmiz barədə dünyada mənfi rəy formalaşdırmaqdır. Demək olar ki, bu kimi hallar artıq bizim üçün adiləşib və Azərbaycan haqlı olaraq bu cür yanaşmalara it və karvan prizmasından yanaşır. Məlumat üçün qeyd edək ki, bu günlərdə Human Rights Watch adlı jurnalistb təşkilatının hesabatında Azərbaycanın qərəzli olaraq mətbuat azadlığının pozulduğu ölkələr sırasında göstərilməsi də Azərbaycana qarşı nəzərdə tutulan yeni kampaniyanın başlanğıcı sayıla bilər. Artıq birmənalı olaraq belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmiz yenə də şər qüvvələrin hədəfinə çevriləcək. Ancaq burada təəssüf doğuran məqam ondan ibarətdir ki, antiAzərbaycan qüvvələrinin şər-böhtan kampaniyasına daxildəki bəzi siyasi çevrələr, eləcə də bir vaxtlar Azərbaycanın çörəyini yeyib, suyuna içən, bu gün isə hansısa ölkədən hələlik bəlli olmayan adlar altında siyasi sığınacaq alan azərbaycanlılar da dəstək verirlər. Bu günlərdə Avropanın "demokratiya carçısı" sayılan Almaniyadakı azərbaycanlıların ortaya qoyduğu antiAzərbaycan münasibət də elə yuxarıda qeyd etdiyimiz kampaniyanın tərkib hissədidir. Məlumat üçün qeyd edək ki, Almaniyada yaşayan bir qrup azərbaycanlı siyasi fəal Berlin şəhərində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi qarşısında "siyasi məhbuslara dəstək" adı altında aksiya keçirməyi planlaşdırır. Hazırda ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin guya Azərbaycan Respublikasında insan haqlarının tapdalandığını, "siyasi məhbus" probleminin olduğunu təbliğ etməsi əslində ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa hesablanıb. Təəssüflər olsun ki, həmin azərbaycanlılar da elə ermənilərin sözünü demiş olurlar. Bir növ erməni lobbisi ölkəsinə düşmən kəsilmiş azərbaycanlıların əli ilə Dağlıq Qarabağ ermənilərinin belə bir qeyri-demokratik rejimdə yaşaya bilməyəcəyi fikrini formalaşdırır və Qarabağ problemini öz xeyirlərinə həll etməyə cəhdlər göstərirlər. Almaniyada yaşayan bir qrup azərbaycanlının antiAzərbaycan mövqeyi təbii ki, bu ölkədə fəaliyyət göstərən sağlam qüvvələri, diaspor təşkilatlarını ciddi narahat edib. Həmin təşkilatlar soydaşlarımızın bu antimilli mövqeyinə öz kəskin iradlarını bildiriblər.
Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev bildirib ki, bəzi həmvətənlilərimiz də hansısa səbəblərdən həmin ermənipərəst çevrələrin dəyrimanına su tökərək ölkəmizdə insan hüquq və azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığnı bəyan edirlər: "Halbuki son illər ölkəmizdə demokratik təsisatların daha da möhkəmlənməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmiş, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində nəzərəçarpan addımlar atılmışdı. Biz Dünya Azərbaycanlılarının Assambleyası olaraq Azərbaycan Respublikasının əlehinə olan, onun beynəlxalq nüfuzuna zərrə qədər xələl gətirə biləcək hər hansı bir xırda addımın atılmasına qarşıyıq. Bu cür aksiyaların əleyhinə olduğumuzu bəyan edərək soydaşlarımızı belə tədbirlərdə iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunmasına çalışmağa çağırırıq. Hesab edirik ki, aksiyanın keçirilməsi üçün hər hansı bir ciddi əsas yoxdur və bunu həmin tədbirin təşkilatçıları da anlayırlar". Rəşad Quliyev qeyd edib ki, bu gün qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir: "Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün "əlverişli" fürsət hesab oluna bilər. Aldığımız məlumatlara görə, keçiriləcək aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar. Məhz sözügedən aksiya onlara ölkəmizin beynəlxalq aləmdə nüfüzuna zərbə vurmaq üçün fürsət verə bilər. Torpaqlarımızın 20 faizini işğal etmiş, soydaşlarımızı tarixi yurdlarından didərgin salmış, həmvətənlərimizə qarşı qətliam törətmiş Ermənistanın layiqli hüquqi cəzasının alması, ərazilərimizin düşmən tapdağından azad olunması dünya azərbaycanlılarının əsas problemlərindəndir və belə olan halda düşmən maraqlarına xidmət edən addımların atılmasını yolverilməz hesab edir, soydaşlarımızı antiAzərbaycan qüvvələri tərəfindən təxribatların çoxaldığı bu məqamda düşmən ölkənin əlinə fürsət verməməyə və dövlətimizin yanında olmağa səsləyirik".
Süleyman