Siyasət
Bahar Muradova: “Lapşinin Azərbaycana təhvil verilməsində seklektiv yanaşmaının şahidi oluruq”
Baş Prokurorluğunun dövlətlərarası axtarışa verdiyi Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası milli prosedurlar çərçivəsində həll edilməlidir. "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanın qoşulduğu müxtəlif müqavilələr var: “Azərbaycan da onların şərtlərinə uyğun olaraq, bu tələbi irəli sürüb. Qarşı tərəf də bunu dəyərləndirməlidir. Başqa ölkələrdən və dairələrdən səslənən fikirlər isə yalnız onların şəxsi fikirləri ola bilər.
Vitse-spikerdən Lavrov açıqlaması
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Daşkənddə anım mərasimi keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
“Davos Forumu Azərbaycana investisya axının gücləndirəcək”- RƏY
“Davos İqtisadi Forumu hər il keçirilir və bütün dünyada çox məşhurdur. Çünki dünya iqtisadiyyatının idarə edilməsində və yaranmış iqtisadi problemlərin aradan qaldırılmasında Davos forumunun işləyib hazırladığı təkliflər böyük rol oynayır”. Bunu politoloq Qabil Hüseynli deyib.
Prezident: "Azərbaycan neft hasilatının azaldılmasına dair öhdəliyini yerinə yetirir"
Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər. Bunu RİA "Novosti" agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bildirib. "Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır", - deyə prezident bildirib.
Ermənilər 40 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.
Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, təxribatlara son qoymalıdır
“Son günlər Ermənistan ordusunda itkilərin sayının artması erməni cəmiyyətində böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yazan ermənilər vahiməyə düşdüklərini gizlətmir, erməni rəhbərliyini günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvar ayının əvvəlindən bu günədək məhv edilən erməni hərbi qulluqçularının sayı artıq 5 nəfəri keçib, xeyli yaralıları var”.
Lapşin Azərbaycandan üzr istəyəcək - İsraildən Bakıya TƏKLİF
Bu barədə adının çəkilməsini istəməyən yüksək rütbəli yəhudi məmur bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanın işğal altında olan torpaqlarına səfər etdiyinə, ölkəmizə qarşı bəyanatlar səsləndirdiyi və onun sərhədlərini qanunsuz keçdiyinə görə Lapşinin üzr istədiyinə dair Bakıya məktub göndərilməsini istəyib.
Putin erməniləri qovur və Qarabağda ÜÇÜNCÜ MÜHARİBƏ
Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb
Azərbaycan prezidenti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Apa.az
Rufiz Qonaqov: “Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”
Hər il yanvar ayında İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu bu il də öz işinə başlayıb. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər. Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər. Forum yanvarın 21-nə kimi davam edəcək. Qeyd edək ki, bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.
Azərbaycanın ABŞ-dakı səfirindən Tramp administrasiyasına mesaj
Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.














