Vitse-spikerdən Lavrov açıqlaması

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib: “Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov bugünkü vəziyyətə adekvat mövqe sərgiləməli idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova Rusiyanın Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı geniş imkanlarının olduğunu bildirib: "Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bununla bağlı mövqeyini ifadə edib. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə açıqlamasında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31