Beynəlxalq təşkilatlar öz funksiyalarını tam şəkildə yerinə yetirmirlər
İşğalçı Ermənistan keçən ilin sonlarından etibarən cəbhədə yenidən vəziyyəti gərginləşdirməyə başlayıb. Son bir aya yaxın müddətdə bir neçə dəfə cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atan Ermənistan təkcə tərəflər arasında imzalanmış atəşkəs sazişini pozmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan ərazilərinə beynəlxalq səviyyədə qadağan olunmuş kimyəvi qatqısı olan silahlar ataraq açıq-aşkar təcavüzkar siyasətini nümayiş etdirir. Artıq son günlər işğalçı ölkə daha bir razılaşmanı pozaraq cəbhə xəttində yenidən snayper silahlarını işə salıb. Vəziyyətin bu cür davam etməsi isə hər ötən gün cəbhədə yeni bir savaşın başlanması riskini artırır. Amma maraqlısı odur ki, Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə göz yuman beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri vəziyyəti nizamlamaq, təxribatçı və işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə, əsas təpkini Azərbaycana göstərir, rəsmi Bakının öz torpaqlarını işğaldan azad etmək hüququnu tanımaq istəmir. Bəs görəsən bu cür vəziyyət prosesləri hara aparır və erməni təxribatları Qarabağda hərbi əməliyyatların aktiv fazaya keçməsinə səbəb ola bilərmi? Bu və ya digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
18 Yanvar 2017 14:30 SiyasətArzu Nağıyev: "ATƏT -in Minsk qrupunda hazırda bir durğunluq dövrü hökm sürür"

-Arzu müəllim, keçən ilin sonlarından etibarən işğalçı Ermənistan yenidən cəbhə xəttində təxribatlara əl atıb. Bu təxribatlar nəticəsində təmas xəttində gərginliyin artması geniş miqyaslı hərbi əməliyyatların başlaması riskini nə dərəcədə artırır?
Bu təxribatların, eyni zamanda sərhəddəki hadisələrin müharibə ilə nəticələnəcəyi inandırıcı görünmür. Burada əsas məqsəd təxribatlar törətməklə əks tədbirlərin görüləcəyini bilərəkdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistan ərazisinə təcavüz faktını şişirtmək və bununla müqavilə üzvlərini Azərbaycana qarşı qoymaqdır. Eyni zamanda təxribatlarla danışıqlar prosesini pozmaq və bununla da münaqişənin həllində status-kvonu qorumaq ermənilərin əsas məqsədlərindən başlıcasıdır.
-Ermənistan atəşkəs rejimini pozarkən artıq snayperlərdən də istifadə edir. Halbuki ön xəttdən snayperlərin geri çəkilməsi barədə də razılıq mövcuddur. Bununla Ermənistan bütün razılaşmaları pozduğunu açıq şəkildə ortaya qoymurmu?
-Düşünürəm ki, bunun əsas səbəkarlarından biri məhz ATƏT -in həmsədrləri və Monitorinq missiyasını həyata keçirən qurumların fəaliyyətsizliyidir. Məlum aprel hadisələrindən sonra ermənilər təşviş içində olduqları üçün hər bir şərtə razı idilər və hətta snayperlərini də geri çəkmişdirlər. Bunu statistika da göstərirdi ki,hətta atəşkəsin pozulması on dəfələrlə azaldı. Bu gün isə ermənilər birtərəfli qaydada razılıqları pozurlar və tam şəkildə öz cəzazısızlıqlarından istifadə edirlər.
-İddia edilir ki, Ermənistan hakimiyyəti planlı şəkildə cəbhə xəttində vəziyyəti gərginləşdirir. Məqsəd yaxın aylarda keçiriləcək parlament seçkiləri ərəfəsində əsas diqqəti daxili siyasi proseslərdən yayındırıb Qarabağa yönəltməkdir. Siz necə düşünürsünüz?
-Ermənilərin məqsədi nəyin bahasına olursa olsun, Dağliq Qarabağ münaqişəsində status -kvonun saxlanmasına , bununla da Serj Sərkisyan hakimiyyətinin sonuna qədər buna nail olmaqdır. Təbii ki, bu proseslər həm də parlament seçkilərinə hesablanıb və elektorat yığmaq və bu proseslərdə Dağlıq Qarabağ katrından istifadə etmək Sərkisyanın dəsti xəttinə uyğundur.
-Ümumiyyətlə, proseslər sizcə hara doğru istiqamət alır?
Proseslər təbii ki, bir susqunluğa düçar olub. Danışıqlar demək olar ki, dayanıb,.beynəlxalq təşkilatlar öz funksiyalarını tam şəkildə yerinə yetirmirlər. ATƏT -im Minsk qpupunda hazırda bir durğunluq dövrü hökm sürür. Birləşmiş Ştatların yeni prezidentinin seçilməsi ilə bağlı aparacağı xarici siyasətə müəyyən korrektələr ediləcəyini düşünürlər İkincisi Rusiya son vaxtlar tam şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürdüyü üçün, Qərb dövlətləri gözləmə mövqeyindədirlər. Bundan başqa Suriya və ümumiyyətlə Yaxın Şərqdə gedən proseslər sanki Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib. Sadəcə olaraq ATƏT ölkələri ümumiyyətlə ermənilərə ciddi təzyiq etməlidirlər. Təəssüf ki, bunu etmirlər və ya etmək istəmirlər. Azərbaycan öz növbəsində digər, o cümlədən hərbi yolla münaqişənin həll edilməsinə qadir dövlətdir və bunu sübut edən faktlarımız var. Sadəcə olaraq sülh yolunu seçib və beynəlxalq qanunlara zidd addımlar atmır.
Süleyman İsmayılbəyli