Həmsədr dövlətlər Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyillər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında arzuedilməz proseslər cərəyan edir. Mövcud cəzasızlıq sindromundan maksimum səviyyədə yararlanan işğalçı Ermənistan problemin sülh yolu ilə həllinə meyil göstərmək əvəzinə, cəbhə xəttində təxribat törətmək, vəziyyəti gərginləşdirməklə öz çirkin əməllərini davam etdirir. İşğalçı ölkənin bu cür təcavüzkar siyasətini tənqid edib təsir göstərmək, onu sülh prosesinə cəlb etmək əvəzinə isə beynəlxalq güclər, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edir, ona bu və ya digər formada dəstək nümayiş etdirirlər. Ötən gün şimal qonşumuzun xarici siyasət idarəsi rəhbərinin timsalında bu dəstəyin bir daha şahidi olduq. Rusiyanın xarici işlər nazirinin keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminə toxunarkən səsləndirdiyi ölkəmizin maraqlarına zidd fikirlər Bakıda birmənalı olaraq etiraz doğurub.
18 Yanvar 2017 14:41 SiyasətVə aşkar ermənipərəst mövqe nümayiş etdirirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məlum açıqlaması rəsmi Moskvanın Azərbaycana təhdidi və özünü imperiya kimi aparmasıdır: "Biz partiya olaraq Rusiyanın bu mövqeyinə etiraz edir və Rusiyanı başqa ölkələrin daxili işlərinə qarışmamağa çağırırıq. Dağlıq-Qarabağ münaqişəsinin istənilən yolla həlli Azərbaycanın müstəqil və suveren dövlət kimi daxili işidir, Rusiyanın bu açıqlamasını ölkəmizin daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiririk".
Müstəqil ekspert Rövşən Məmmədli isə qeyd edib ki, Rusiyanın erməni əsilli xarici işlər naziri Sergey Lavrov bu günə kimi Dağlıq Qarabağın Azərbaycandan alınması üçün bütün gücü ilə çalışıb. Ancaq bir qədər üstüörtülü, ehtiyatlı şəkildə: "Ancaq hər bir erməni kimi iç üzünü sona qədər gizlədə bilmədi. Mən həmişə vurğulamışdım ki, nə qədər ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur, Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi Azərbaycanı qane etməyəcək". Ekspert bildirib ki, Sergey Lavrov heç bir hüquq normasını gözləmədən, beynəlxalq hüquq normalarının tələblərini saya salmadan Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi olmadığını bildirib: "Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Bu ərazi həmişə Azərbaycanda xalqımızın qurduğu dövlətlərin tərkib hissəsi olub .Burada ermənilər 150-200 ildir Rus imperiyasının maraqlarına uyğun yerləşdirilib və bu halda da Azərbaycan dövlətinin tərkib hissəsi olub. Bütün dünya bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Belə olan halda Sergey Lavrovun bu sayıqlaması yolverilməzdir". Rövşən Məmmədlinin sözlərinə görə, bu hal bir daha onu deməyə əsas verir ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları əsasında
həllində maraqlı deyillər və aşkar ermənipərəst mövqe nümayiş etdirirlər: "Hesab edirəm ki, Azərbaycan dövləti nəhayət ATƏT-in Minsk Qrupundan qurtulmalı və məsələnin həllini BMT Nizamnaməsi əsasında qeyd edilən təşkilatın məkanında həllinə nail olmalıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Azərbaycan üçün arzuolunmaz şəxs elan edilməli, onun Azərbaycana gəlməsinə məhdudiyyət qoyulmalıdır"
***
Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağda Azərbaycanın müharibə aparmasını daxili işi hesab etmədiyini vurğulaması, göstərir ki, rəsmi Moskva Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etmir: "Sergey Lavrov qeyd edir ki, həll paketlərində işğal olunmuş ərazilərin qaytarılması ilə eyni vaxtda satus məsələsi də həllini tapmalıdır. Amma, yenilənmiş "Madrid prinsipləri " və "Kazan formulu" da status mərhələsi ərazilərin boşaldılmasından sonraya saxlanılması qeyd olunub. Bu illər ərzində danışıqlar, bu səpkidə aparılıb. Görünür, Rusiya qəbul edilmiş həll variantlarını görməməzlikdən gəlir. Rusiya hər vasitə ilə Azərbaycana təzyiq edərək, danışıqlar formatını dəyişmək istəyir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, buradan bir daha aydın olur ki, danışıqların dayanması, Ermənistanın güzəştsiz mövqeyi, cəbhədə növbəti təxribatının arxasında rəsmi Kreml durur: "Qeyd edim ki, işğal olunmuş rayonların qaytarılması ilə bərabər statusun həll olunmasını irəli sürən Rusiyanın mövqeyi, Ermənistanın siyasətini əks etdirir. Rusiyanın Azərbaycanın əleyhinə irəli sürdüyü təkliflər paketi birmənalı olaraq, indiyə kimi aparılan danışıqlara kölgə salmış oldu. Düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyaya nota verməlidir". Təşkilat sədri onu da qeyd edib ki, Sergey Lavrov təcrübəli və münaqişə ilə yaxından məşğul olan diplomatdı. Onun hər hansı bir jurnalistin təxribatına getməsi qeyri-mümkündür: "Aydın şəkildə, Rusiyanın mövqeyin rəsmi Bakıya ünvanladı. Bundan sonra Azərbaycan, Qarabağla siyasətində seçim etməlidir. Qərblə sıx siyasi əlaqələr bunun alternatividir".
S.İsmayılbəyli