Hər şeydən əvvəl Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etmək istəyirik
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts arasında görüş başlayıb. S. Lavrov bu ildən ATƏT-ə sədrlik edən avstriyalı həmkarını bu gün dinləmək istədiyini bildirib. "Biz sizin ATƏT-ə sədrlik proqramınızı öyrənmişik.
18 Yanvar 2017 13:40 SiyasətMoskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts arasında görüş başlayıb. S. Lavrov bu ildən ATƏT-ə sədrlik edən avstriyalı həmkarını bu gün dinləmək istədiyini bildirib. "Biz sizin ATƏT-ə sədrlik proqramınızı öyrənmişik. Hesab edirik ki, bu proqram praqmatikdir, konkret nəticələrə istiqamətlənib. Bu proqramın uğurla həyata keçirilməsinə yardım etməyə hazırıq", - deyə o vurğulayıb. S. Kuts isə Avstriyanın ATƏT-ə sədrliyi dövründə qarşısına üç əsas məqsəd qoyduğunu açıqlayıb: "Birinci başlıca məqsədimiz münaqişələrin həllinə yardım etməkdir. Hər şeydən əvvəl, əlbəttə ki, Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etməkdir. İkinci məqsəd ənənəvi olaraq Qərblə Şərq arasında körpü rolunu oynamaq, Avropada yenidən yaranan blok düşüncəsini keçmişə göndərməkdir. Bu tapşırıqları həll etmək üçün bir-birimizə daha çox inanmaq lazımdır, daha çox görüşmək lazımdır. Üçüncü məqsədimiz isə radikalizmə və terrorçuluğa qarşı mübarizə aparmaqdır". Apa.az
Qeyd edək ki, görüşdə ATƏT məkanındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi və Ukrayna məsələsi müzakirə mövzusu olacaq.