Milli Məclisdə iranlı deputatlarla görüş keçirilib
Milli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, MM-in Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov parlamentin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verib. Bildiriib ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Komitə sədri əlavə edib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib.
18 Yanvar 2017 15:39 SosialMilli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirilib. "Olaylar" xəbər verir ki, MM-in Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov parlamentin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verib. Bildiriib ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Komitə sədri əlavə edib ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Ölkəmizdə İslam dini dəyərlərinə həmişə qayğı ilə yanaşılıb. Cari ildə ölkənin paytaxtı Bakı şəhərində İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bir çox dünya dövlətlərinin idmançıları müxtəlif növlər üzrə yarışlarda mübarizə aparacaqlar. Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini təqdirəlayiq hal kimi qiymətləndirdi. İran parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Salman Xodadadi Azərbaycana olan məhəbbətini ifadə edərək, illər öncə Naxçıvana səfər etdiyini və burada ulu öndər Heydər Əliyevlə dəfələrlə görüşdüyünü xoş təəssüratlarla yada salıb. O, bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafı təqdirəlayiq hal hesab edib. İki ölkə prezidentlərinin son üç il ərzində 7 dəfə görüşdüyünü nəzərə çatdıran qonaq, bunun münasibətlərin möhkəmləndirilməsində əlamətdar hadisə kimi dəyərləndirib.