Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər
"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər". Bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts "Sputnik"ə müsahibəsində bildirib. "Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər", - deyə S. Kuts vurğulayıb.
18 Yanvar 2017 13:33 Siyasət"Rusiya ATƏT məkanındakı böhranların həllində həlledici rol oynaya bilər". Bunu Rusiyada səfərdə olan Avstriya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kuts "Sputnik"ə müsahibəsində bildirib. "Rusiya mövcud böhranların sülh yolu ilə həlli ilə bağlı konstruktiv dialoqa kömək göstərilməsi məsələsində həlledici rol oynaya bilər", - deyə S. Kuts vurğulayıb.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ və Dnestryanı münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq. Apa.az