Siyasət

Yeni dünyanın çağırışları islahatları zəruri edir – BƏHRUZ QULİYEV

15 Yanvar 2019 14:11

“Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən islahat proseslərin hər birində ölkəmizin də öz payı var”. Bu fikirləri Olaylar.az –a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin struktur dəyişiklikləri ilə bağlı verdiyi fərmanını şərh edərkən deyib.

İlham Əliyev: “Bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşı daha yaxşı yaşasın”

15 Yanvar 2019 13:39

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub və bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Dövlət başçısının “neft kapitalını insan kapitalına çevirməliyik” devizi ölkənin bütün regionlarında təsdiqini tapmaqdadır. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Şübhəsiz ki, bütün bunlar ölkə vətəndaşlarının rahatçılığının təmin edilməsinə hədəflənib. Dünya ölkələrində iqtisadi katakilizmin hökm sürməsinə baxmayaraq Azərbaycanda sosial layihələrin icrası davam etdirilir. Hətta beynəlxalq aləmdə maliyyə böhranı tüğyan etdiyi bir məqamda ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar icra edilib. Baxmayaraq ki, beynəlxalq alımdə yaranmış vəziyət Azərbaycana da təsirsiz ötüşmür, amma hələlik bir dənə də olsun sosial proqram təxirə salınmayıb. Əksinə, ölkədə maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi olaraq artırılır. Məhz bu kimi tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial siyasətinin əsasını təşkil edir. Etiraf edilməlidir ki, son on ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət də uğurlu olub.

Korrupsiya ilə əlaqədar 17 vəzifəli şəxs işdən azad edilib

15 Yanvar 2019 13:08

Kamran Əliyev: “25 şəxs cinayət başında yaxalanıb”