"Sosial şəbəkələrdə təhqirə yol verənlərə qarşı tədbirlər görmək lazımdır”

"Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib: "Mən xaricdə yaşayanları demirəm. Onların yazılarına baxanda adam xəcalət çəkir. Milli Məclisin üzvləri, dövlət rəhbərliyində çalışan insanlar haqqında ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31