"Hər bir azərbaycanlı Prezidentin qayğısını hiss edir"

"Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət və qayğısı ilk dəfə deyil". Bunu  Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyev deyib.

Deputatın sözlərinə görə, dövlət başçısı həm prezident seçkilərindən öncə, həm də seçkilərdən sonra xalqın bütün qayğısına qalıb və onların fikirləri ilə hər zaman bir yerdə olub: "Ona görə də əbəs yerə deməyiblər ki, İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Bu mənada hər bir azərbaycanlı Prezidentin ona olan qayğısını hiss edir. Hansı işdə, peşədə olur-olsun bunun heç bir fərqi yoxdur. Bu gün hansısa bir tələbənin, idmançının, evdar xanımın və s. bir problemi olan kimi ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirlər. Mehriban xanım Əliyeva isə bu müraciətlərə hər zaman kömək edir. Hesab edirəm ki, dövlətlə xalq, eləcə də xalqla dövlət arasında olan birlik eynidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun cənab Prezident İlham Əliyev kimi bir Lideri var. Bax, bu cür dövlətlə xalqın birliyi Azərbaycanın bu cür inkişafına gətirib çıxarıb. Məhz xalqla dövlətin, xalqla Prezidentin birliyi bizim inkişafımızın əsas rəhmidir ki, bu gün Azərbaycan hər bir sahədə başqa ölkələrə nisbətən yüksəklərdədir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31