Səyavuş Novruzov: “Pulla adam tutur, ixtişaş yaradır, aksiya keçirirlər”
1 Fevral 2019 13:31 Siyasət"Bəzi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Guya heç birinin maliyyə dövriyyəsi yoxdur. Əslində candüdən, köməkçi saxlayırlar"."Olaylar" xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, həmin partiyaların maliyyə mənbələri açıqlanmalıdır: "Partiyaların maliyyələşməsi ilə bağlı qaranlıq mənbələr ortaya çıxmalıdır. Bu mənbələr nəticəsində pulla adam tutur, ixtişaş yaradır, aksiya keçirirlər. Bütün bunların mənbəyi həmin şirədidir. Onlara maddi vəsaiti verən tərəf həm də tapşırığını verir. Onlar da vətən, dövlətçilik, xalqına qarşı tapşırığa əməl edir. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır".
S.Novruzov onu da vurğulayıb ki, xaricdə oturub ermənilərin mənbələrinə işləyənlərə qarşı hamı birlikdə mübarizə aparmalıdır: "Bəzən onlar Milli Məclis haqqında söz deyir, digər həmkarlarımız yaxasını kənara cəkir ki, söz Siyavuş Novruzova, Bahar Muradovaya, Ziyafət Əsgərovaya deyilir. Onlar bir söz deyirsə biz 20 dəfə deməliyik. Birlikdə mübarizə aparmalıyıq".