"Prezident Azərbaycan gəncliyini necə yüksək qiymətləndirdiyini bir daha sübut etdi"

Bu gün Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.

Görüşdən xoş təəssüratlarla ayrılan "İrəli"İctimai Birliyinin sədri MirHəsən Seyidov təəssüratlarını  belə ifadə edib: "Cənab Prezident və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva ilə görüşdən qayıdırıq. Dövlət başçısı gənclərin görüşünə gəlmişdi. Bizlərə öz gəncliyindən danışdı. Azərbaycanın ən çətin vaxtlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin canlı şahidi olduğunu dedi. Bizim dilimizdən danışdı. Görüşdə Prezident Azərbaycan gəncliyini necə yüksək qiymətləndirdiyini bir daha sübut etdi. Ali Baş Komandan gənclər haqqında necə yüksək fikirdə olduğunu və bu gün Azərbaycan gəncinin hansı mövqedə dayanmalı olduğu mesajını çatdırdı. Çətin qazanılan müstəqilliyin hər bir gəncimiz, əsgərimiz tərəfindən hansı formada qorunmalı olduğundan, vəzifə məsuliyyətinin biz gənclər üçün ən vacib olduğundan danışdı. Hər bir gəncə şəxsi maraqların heç bir zaman dövlət maraqlarından üstün tutmamağın nə olduğunu izah etdi. Bir çox gənclərimiz ölkə rəhbərliyi qarşısında çıxış etməyin necə böyük bir məsuliyyət olduğunu hiss etdiyi üçün seçilən sözlərində böyük bir səmimiyyət ifadə edirdi. Bir çox duyğusal anlar yaşandı, şəxsən mənim üçün. Müharibə şəraitində yetişən gənclik qazilərinə hörmətini göstərdi. Ölkə başçısı hər il olduğunu kimi bu ildə gənclərə Prezident mükafatı təqdim etdi. Bir fiziki qüsurlu gəncə mükafatı təqdim etmək üçün səhnədən auditoriyaya enən dövlət başçımız bütün auditoriya tərəfindən ayaq üstündə alqışlandı. Budur bizim Prezidentimiz. Budur bizim Komandan! Allah Azərbaycanı qorusun!".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31