Komitə sədri: "Radikallar hakimiyyətə deyil, xalqa, Azərbaycan dövlətinə müxalifdirlər"

"Radikal müxalifətin “mitinq” keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O, bildirib ki, 2008-ci ildə “Sərbəst toplaşmaq haqqında” qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: “Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var”.

"Radikal müxalifətin "mitinq" keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O, bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: "Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var".

Deputat qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün ilə xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, amma buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: "Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər bu qədər şəhid verməzdik. Naxçıvan blokada olsa da Ulu Öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31